Göygöldə ölümlə nəticələnən qəza baş verib.
Ulusal.az xəbər verir ki, rayon ərazisində “VAZ – 21015” və “Opel” markalı avtomobillər toqquşub.
Nəticədə rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov yaralanıblar.
18 yaşlı Ramal Qurbanzadə isə aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Lent.az-ın məlumatına görə, qəzaya düşən gənclər Gəncədə təhsil alan tələbələr olub.