İnsan üçün ən böyük nemət onun sağlamlığdır.Onu qoruyub saxlamaq,bütün risqlərdən uzaq tutmaq sözsüz ki,müasir,problemlərlə dolu dünyada olduqca çətindir.İnsan orqanizminin pozulmasına təsir edən amillərlə dolu bir dövrdə yaşayırıqsa,deməli səhhətimizi qoruyub saxlamaq kimi vəzifələrimizi də yerinə yetirməkdə çətinliklərimiz olacaqdır.
İnsan övladı olaraq çox zaman bizə əmanət edilmiş sağlamlığımıza laqeyid yanaşır,onu qorumağa deyil,başqalarının ümidinə buraxırıq.Nəticə isə hər zaman ürəkaçan olmur.Sonda xəstəxanalar,üzücü və ağır müalicə şərtləri,həyatın gözəl nemətlərindən məhrum bir varlıq olaraq alın yazımızın son gününü gözləyirik.
Bəlkədə insan ovladı olaraq məşəqqətli günlər yaşamağımızın bir səbəbi də özümüzə deyil,bizə xidmət edən,sağlamlıq keşikçilərimiz olan həkimlərimizin möcülərinə ümid edərək xəstələnəndə “boş verək,düzələcək” deyib laqeyidlik göstərməyimizdir,həkim sağaldacaq deyib öz günahlarımızı sığortalamaq kimi adətlərə vərdiş etməyə davam edirik.
Ancaq həkimlər də bir yerə qədər möcüzə göstərə bilirlər.Onlar bizləri məsuliyyətsizliyimizin,etinasızlığımızın üzündən tutulduğumuz xəstəliklərin fəsadlarını aradan qaldırmaq üçün qəhrəman kimi çalışır,bəzən ailəndən də yaxln olur,hər bir əziyyətini çəkir ki,ona ümid,pənah gətirən xəstəsini sağalda,sağlamlığına qovuşdura bilsin.
Bu gün Azərbayacan səhiyyə sistemi yeni dövrünü yaşayır.Müasir tibbi avadanlıqlar,peşəkar həkim kontingenti,,hər çür şəraiti olan xəstəxanalarımız belə xəstə bolluğunda pasiyentlərinin tam ehtiyacını ödəməkdə çətinkiklərlə üzləşdiklərinin şahidi oluruq.Axı belə olmalı deyil,hər cür imkan və şərait olan yerdə bu sıxıntılar olmalı deyildir.Varsa orada azca məsuliyyətsizlik və ya qaranlıq məqamların olduğu da aşıkardır.
Necə ola bilir ki,az imkanlara,zəif maddi texniki təhcizata malik olub,ancaq böyük,bəşəriyyətimiz üçün ağır bəla olan xəstəliklərlə mübarizədə əhaliyyə daha yüksək xidmət göstərməyi bacaran xəstəxanalarımız bunu necə bacarır.Deməli orada yüksək intizam,xəstələrə xəstə kimi deyil,doğma kimi yanaşan tibbi personalın,rəhbərliyin,kiçik işçidən tutmuş rəhbərliyə qədər hər birinin oz işinə məsuliyyətlə,peşəkarcasına yanaşması nəticəsində mümmkün olur.Həyatda mümmkün olmayan şey yoxdur.Mümkünsüzü mümkün edən məsuluyyətdir,etibarlı idarəetmədir,işinə vicdanla yanamadır.
Mən də öz səhhətinə illərlə məsuliyyətsiz yanaşan birli kimi xeyli müddətdir ki,xəstəxana yollarında “uzun,incə” bir yol gedirəm.Xəstəxanalardakı vəziyyəti yaxşıca öyrənə bilmişəm.Bu sətirləri də bir müddətdir müalicə aldığım Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitunun Differensial Diaqnostika Şöbəsinin palatasından yazıram.Bu sətirləri xəstəxana rəhbərliyinin “gözünə girmək” üçün deyil,hər bir ağır.imkansız,çətin durumda,bəlkə də həyatlarının son günlərini yaşayan bəzi xəstələrə göstərilən diqqətdən,xöş nəvazişdən,peşəkar tibbi xidmətdən,sayğıdan,hörmətdən,insanlıq nümunərindən ilham alaraq qələmə alıram.Biz media nümayəndələri öz peşə fəaliyyətində daha çox bu məsələlərə diqqət yetirməlidirlər.Gördüyünə inan,əmin ol,sonra yaz.
Bu xəstəxananın hər bir əməkdaşına bizim ancaq təşəkkür etməyə gücümüz çatır.Bu təşəkkür yazısı mənim imzamla getsədə onu məndən burada müalicə alan ağır,yüngül xəstələrin xahişləri əsasında yazdığımı bildirməyi özümə borc bilirəm.Yuxarıda dediyim ki,Xəstəxana binasının gözəlliyi əsas deyil,gözəllik onun içində ümdləri yox olan xəstələrə həyatın gözəliiklərini bəxş etməkdir.Ağ Ciyər Xəstəlikləri İnstitutunun binası gözəl olmasada burda bizim qayğımıza qalan hər bir tibb işçisinin mənəviyyatı gözəldir,.Axı xəstəni təkcə dava -dərman sağaltmır,xəstəni ümid etimad və ona həyatı yenidən bəxş edən həkimlərin insanı gözəllikləri sağaldır.
Xəstəxananın direktoru İradə Axundova,baş həkim Gülzar Əliyeva,Qəbul şöbəsinin müdiri Zaur Hacməmmədli,Şöbə müdiri Hədiyyə Hacməmmədli, müalicə həkimi Ksenya Nəbiyeva və adlarını çəkə bilmədiyimiz digər tibb personalı həqiqətən də ağ ciyər xəstəliklərinin bütün növləri üzrə böyük xəstə axını qarşısında xəstələrdən qaçıb gizlənmirlər, onların hər bir istəyinə həssaslıqla yanaşırlar.Vaxtilə Qafqazın ən məşhur tibb ocağı olan bu qocaman müəsisənin ənənələrini yaşadırlar.Ümüdsiz olanlara ümüd,çarəsiz olanlara çarə,dərdlərinə dərman olurlar.Burada nöqsan da ola bilər,bu təbiidir.Çünki,maddı texniki imkanları digər möhtəşəm xəstəxanalardan zəif ola bilər.Ancaq əməl,iş,məsuliyyət bu zəifi qüdrətli edə bilir.
Sonda Ağ ciyər və vərəm xəstəlikləri institutuna yuxarı dairələrdən diqqət olacağına ümidimizin itmədiyini də qeyd etmək istəyirik.Zəngin tarixə,peşəkar həkim və tibb personalına,vərəm xəstəlikləri üzrə zəngin təcrübəsi olan bu qəhrəman tibb ocağına qayğı və diqqət cəmiyyətimizin gələcəyi üçün boyük nemət olar.Səhiyyə Nazirliyinin məhdud imkanları ümüdinə deyi,dövlətimizin qayğısına bu gün burada ehtiyac var.Həm xəstəxananın maddi texniki bazasını gücləndirmək,həm də ağır və təhlükəli xəstəliklərlə mücadilə edən tibb heyətin sosial rifahını yaxşılaşdırmaqla Qafqazın ən ilk böyük ağ ciyər xəstəlikləri üzə xəstəxanasına yeni nəfəs vermək olar.
Buradakı xəstələrin sözün həqiqi mənasında rahat nəfəsə ehtiyacları vardır.
Məzahir Həsənov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü