image-rt-reklam
image-images-4backend

” TÜRK DÖVLƏTLƏRİ BİRLİYİ: QLOBAL İNTEQRASİYANIN TÜRK MODELİ KİTABINA” BİR NEÇƏ SÖZ

image-728x90

(5-ci yazı)
Cavanşir Feyziyev bu universal kitabın 4-cü bölümündə beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmağın əhəmiyyətinə bir çox spektrli birliklərin yarandığı tarixi şəraiti incələyərək onların dünəninə
bugününə aydınlıq gətirməklə Türk Dövlətləri Birliyinin hansı zərurətdən yaranma səbəblərini aydınlaşdırır. Bu aspektdə o, regional məkandan ümumdünya məkanına İnteqrasiya prosesinə yenidən dəyəyər verir. Dünya sivilizasiyasının inkişaf tarixində türklərin bu tarixdəki mövqeyini, aparıcı etnos olaraq bu tarixdə qabarıb- çəkilməsini, amma öz tükənməz enerjisini qoruyub saxlama bacarığına heyranlığını ifadə edir…
Beynəlxalq siyasət öz ifadəsini beynəlxalq proseslərdə tapır. Bu proseslərdə baş verən dövlətlər, millətlər, birliklər arasındakı münasibətlər indi çox qütblüdür. Sovet İttifaq dağılana kimi dünya iki qütbdən idarə edilirdi. İndi bu üzdə bir qütbli kimi görünsə də alt qatda çoxqütblü olmasını gizlədə bilmir. ABŞ, hələlik, əsas qütb kimi qalasa da onun apardığı siyasət beynəlxalq hüququn əldə etdiyi bəşəri qanunauyğunluğa heç də adekvat deyildir.
Avropa Birliyi ABŞ-a nisbətən daha dərin qatlarda bu sahədə öz işini görür…
Feyziyev yazır ki, “Dövlətlərin assosiasiyası” adlandırılan bu siyasi fenomen həm də qloballaşma proseslərini sürətləndirən, sistemləşdirən, funksionallaşdıran əsas hadisələrin mərkəzində dayanır:tarixdə ilk dəfə olaraq dünya dövlətləri 2-ci Dünya Müharibəsindən sonra beynəlxalq hüquq normaları ilə tənzimlənən beynəlxalq siyasi sistemin formalaşması məsuliyyətini bərabər şəkildə bölüşmək imkanı qazanırlar. Artıq bu gün dünyada BMT, NATO, AVROPA İttifaqı kimi 246 dövlətlərarası təşkilat mövcuddur. İyirminci əsrin ortalarından başlayaraq bu təşkilatlama prosesi beynəlxalq siyasətdə yeni çox ölçülü parametrləri, dövlətlərarası münasibətlərin ən yüksək səviyədə optimallaşdırma imkanlarını meydana gətirmişdir…
Bəşəriyyətin inkişaf səviyyəsinin bugünki halətində üniversal inteqrasiya prosesləri dövlətlər arasında “qlobal qarşılıqlı asılılığın” elə mürəkkəb kombinasiyalarını yaradır ki, beynəlxalq sistemin heç bir subyektinin və böyük dövlətlərin Transmilli Korporasiyalarının tərəfdaşlarısız mövcud olması mümkün olmur. Sənayeləşmədən sonrakı postindustrial cəmiyyətlərin informasiya cəmiyyətlərinə transformasiyası qlobal komunikasiya sahəsində inqilab yaradır. Birlik tutumlu texnologiyalar insan şüurunun, sözün əsl mənasında planetarlaşdırır. Yer Kürəsi özünü hər tərəfdən “görən” səma cismindən Vahid Bəşəri sivilizasiyasını yaşadan və gələcəyə aparan canlı kosmik subyektə çevrilir…
Məhz, bəşəriyyətin gəlib çadığı bu mərhələdə qloballaşmanın paradoksu yaranır. Məlum olur ki, qlobal inteqrasiya prosesləri dünya cəmiyyətlərini yaxınlaşdırdıqca onların ozgürlük xarakteri daha qabarıq şəkildə özünü göstərməyə başlayır. Baxıb görürük ki, “Etnik Renassas” “Qlobal Renassasın” içində öz varlığın daha fundamental əsaslarla qoruyub saxlamağa can atır. Halbuki, qloballaşma nəzəriyyələrində biz bunu əksini görürük. Bu nəzəriyyələrin bir çoxunda milli dövlətlərin, mədəniyyətlərin yox olmasından xəbər verilir. Həyatı gerçəklik isə bunun heç də belə olmadığını nümayiş etdirir…
Qlobalizm və antiqlobalizm müasir beynəlxalq həyatın danılmaz reallığıdır. Əslində onların mübarizəsi beynəlxalq münasibətləri ləng və ölü vəziyyətindən çıxardaraq daha çevik, daha diri saxlayan fəaliyyətin bir hissəsi kimi nəzərə çarpır. Görünən budur ki, daha təcrübəli, daha mübariz cəmiyyətlər qlobal inteqrasiya proseslərinin labüdlüyünü anlayaraq ona qarşı müqavimət və dirəniş ruhunda köklənmir, əksinə, öz böyük enerjisini onunla ayaqlaşmaq, onun ön cinahında irəliləmək səylərinə yönəldir. Fəaliyyətlərin bu şəkildə transformasiyası hər hansı bir milli və regional subyektin qlobal məkanda öz mövqeyinin müəyyənləşdirməsinin zəruri şərti olur. Demək olar ki, müxtəlif səviyyəli cəmiyyətlərin, birliklərin İnteqrasiyası funksionalist və neofunksionalist nəzəriyyələrin, əməli işlərin orbitində
özünün varlığın qoruyub saxlayır. Və bunların hərəsi öz səviyyəsində qlobal inteqrasiyaya öz töhvələrini verir. Yer Kürəsinin, demək olar ki, bütün dövlətləri Avropa İttifaqı, Ərəb Dövlətləri Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Amerika Dövlətləri Təşkilatı, Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, CUAM və.s qurumlarda birləşmişlər. Bunların hamısı həm də dünyanın ən böyük beynəlxalq təşkilatı olan – BMT-nin üzvüdürlər…
Şəhriyarın sözündə böyük həqiqət var: Bizdən qabaqdadır Avropalılar, işi iş bilənə tapşırır onlar. Son üç yüz ildə Avropa həm də birlik yaratma təcrübəsində də Şərqi, o cümlədən bizi çox qabaqlayıb. Onlar özlərinin tarixi səhvlərindən bizdən fərqli olaraq çox tez nəticə çıxardıblar. İkinci Dünya Müharibəsində bir-birinin qanına susayan və Sovetin fitvasına uyaraq 36 milyon İnsanın ölümünə bais olan bu qitənin dövlətləri özlərinin inkişafını artıq müharibədə yox, barışda axtarırlar. Bir-birinin tarixi günahlarını bağışlayırlar. Rusun hap-gopunu yavaş-yavaş tarixin arxivinə verirlər. Özlərinin işıqlı sabahına birgə addımlayırlar…
Bu baxımdan Avropa İttifaqının yaranması tarixinə Cavanşir Feyziyev xüsusi həssaslıqla yanaşır. Onun keçdiyi 78 illik tarixi təcrübəsini tədqiq edir, uğurlarını öyrənir. Bu ittifaqın yaranması Avropa dövlətlərinin çox uzaqgörən siyasətinin nəticəsidir. Bugün bu ittifaqın məkanında 28 dövlətin vətəndaşları 22 dildə danışırlar. Onun bir neçə paytaxtı var. Uğurlu pul siyasətini həyata keçirərək ayrıca pul vahidlərinin dövriyyəyə buraxıblar. Onların Yevroları dolları çoxdan qabaqlayıb. Heç bir Avropa dövləti və milləti mən səndən üstün dövlətəm, sən məndən mədəni səviyyədə aşağı millətsən demir. Azad bazar iqtisadiyyatı bu məkanın inkişafinı birə yüz artırıb. Demokratiyanın üstün cəhətləri öz bəhrəsini verib və bu siyasi-iqtisadi-mədəni məkanda özünü təsdiqləyib…
Türk Dövlətləri Birliyi belə tarixi şəraitdə həyata vəsiqə alır. Qloballaşan dünya prosesinə Avropa İttifaqına inteqrasiya etməklə, yoxsa öz birliyimizi yaratmaqla qoşulaq? Cavanşır Feyziyev cavabı özündə olan bu sualla türk xalqlarına müraciət edir. Və cavabı özündə olan suala özü belə cavab verir. Əlbət də ki, öz birliyimizi yaratmaqla. Nə üçün öz birliyimizi yaratmaqla? Ol səbəbdən ki, əvvala, Avropa ittifaqı bizi öz sırasına qəbul etməkdə maraqlı deyil. Bunu 1963-cü ildən bu ittifaqa üzv olmaq üçün növbəyə duran Türkiyənin simasında aydın görürük. Avropa İttifaqı bir neçə dəfə yeni üzvlərinin sayını artırıb, genişlənib, amma Türkiyəni bu proseslərdən çox ustalıqla kənarda saxlayıb. İkincisi, Türk Dövlətləri Birliyinin potensialı türk etnosunun passionar enerjisinin daha rahat şəkildə yaşatmasına artıq həm siyasi, həm iqtisadi cəhətdən hazırdır. Hüquqi baza yaratmaq üçün heç bir baryer yoxdur. Zaman Feyziyevin dediklərini doğrultmaqla məşğuldur. Bugün Türk Dövlətləri Birliyi ideyası artıq bir çox sahələrdə gerçəkləşib…
(Ardı olacaq)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90