image-2000x150
image-1backend

Rusların amansız qisası- Talış dağlarında məhv edilən məşhur ailə kim idi?

image-728x90

Tarixlərin şahidi dünyanın əzəli qanunları var. Bir gün yaranan bir gün də bu dünyadan köçməli, haqq dünyasına qovuşmalıdır. Kimlər gəlib keçmədi bu dünyadan. Neçə-neçə Cahangirlər , dünyada at oynadan, hökmdarlıq edən sərkərdələr, hünəri , əməlləri ilə tarixə öz adlarını əbədi həkk edən qəhrəmanlar da indi aramızda yoxdur. Dünyalarını dəyişiblər. Ancaq ata-babalarımız gözəl deyib : “İgid ölər , adı qalar”. Adı qalırsa, üstəlik ruhu da bizimlədir, deməli, belələri ölməyiblər.

Hərb tariximizə öz əməlləri ilə adını yazan qəhrəman oğullarımızdan biri də general-mayor Ağacan bəy Nurullabəyovdur. Ağacan bəy 1791-ci ildə indiki Lerik rayonunda dünyaya göz acıb. Ağacan bəyin atası Nurulla bəy mahalın hakimi idi. Ümumiyyətlə Ağacan bəyin ata-babaları qədim Dırığ mahalının hakimləri idi. Ağacan bəyin doğulduğu Lerik rayonunun Cəngəmiran kəndinin adı tarixi mənbələrdə XVII əsrdən bu yana cəkilir. Orta əsrlərdə buradan şərq ölkələrinə karvan yolu keçdiyi haqda məlumatlar mənbələrdə öz əksini tapır. Tarixçilər bu kəndin adının mənasının döyüş meydanı olduğunu qeyd edirlər. Bu kəndin ərazisində böyük sərkərdə Əmir Teymurun qoşunlarının məğlub edilməsi də tarixi sənədlərdə öz əksini tapır.

Əmir Teymurun Azərbaycana gəlməsini öz tarixi əsərində qeyd edən fransız tarixçisi Marsel Brionin Cəngəmiran kəndi haqda da xüsusi qeydlər edib.Cəngəmiran kəndi çox səfalı və mənzərəli yerdir. Kənddən qıraqda yerləşən qəbristanlığ sübut edir ki, bu kəndin tarixi çox qədimdir. Tarixi mənbələrdən bizə aydın olur ki, cəngəmiranlılar döyüşkən tayfa olmuş, hərb sənətinə yiyələnib, onu yaxşı mənimsəmişlər. Bu barədə istənilən qədər tarixi faktlar vardır.

Cəngəmiran kəndi çox görkəmli şəxsiyyətlər yetişdirib. Bu kəndin məşhur simalarından biri də general-mayor Ağacan bəy Nurullayevdir.

Tarix elmləri namizədi Firudin Əsədovun və tarix elmləri namizədi Sevil Kərimovanın birgə yazdıqları «Çarizmi Azərbaycana gətirənlər» kitablarından, tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadınin «Cəngəmiranlı general» məqaləsindən, həmçinin Rusiya Mərkəzi Hərbi Arxivindən öyrənirik ki, Ağacan bəy xidmətinin böyük hissəsini Tiflisdə hərbi xidmətdə olub. Kiçik yaşlarından hərb sənətini sirlərini öyrənən Ağacan bəy 1807-ci ildə Tiflisdəki kadet məktəbində oxumağa yollanır. Kadet məktəbini əla qiymətlərlə başa vuran Ağacan bəy 1812-ci ildə Tiflisdəki hərbi hissəyə poruççik göndərilir. Ağacan bəy 1812-ci ildən 1815-ci ilədək poruççik rütbəsində orduda xidmət edir. Müharibələrdəki rəşadətinə görə Ağacan bəy kapitan rütbəsi ilə təltif edilir. 1821-ci ildə Ağacan bəy, podpolkovnik hərbi rütbəsi ilə təltif edilir.

Peşəkar hərbçi Ağacan bəy Nurullayev 1823-cü ildə polkovnik hərbi rütbəsi ilə təltif edilir. Çar ordusunun ən gənc zabitlərindən biri olan Ağacan bəy Rusiyanın hərb tarixinin ən gənc generalı tituluna da sahib olur. 1826-cı ildə Ağacan bəyə general-mayor rütbəsi verilir. O 1827-ci ildə isə III dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif olunur.

Lənkəranın hərbi komendantı mayor İlinskinin şəhər əhalisi ilə ədalətsiz münasibəti ilə barışmayan Mir Həsən Xanla onun arasında narazılıq yaranır. Gənc general Ağacan bəy bu məsələlərə qarışmaq istəməsə də İlinskinin əhaliyə ədalətsiz davranışı haqda ordu rəhbərliyinə müraciət edir.1828-ci ildə Ağacan bəy bu ədavətin və məkrli siyasətin qurbanı olur. Mayor İlinskinin Qafqaz canişinliyinə Mir Həsən Xan və Ağacan bəyin atası olan Nurulla bəy haqqında yazdığı gizli donosları öz rolunu oynayır. Xalq İlinskinin qanunsuz hərəkətlərindən və özbaşınalıqlarından təngə gəlib, üsyana qalxır. Dırığ mahalında baş verən üsyana Ağacan bəyin atası Nurulla bəy və atasının əmisi oğlu Dərgahqulu bəy başçılıq edirdilər və bu üsyanda Mir Həsən Xanın tərəfini saxlayırdılar.

Nurulla bəyin mövqeyi barədə mayor İlinski ali baş komandana xəbər verir. Ali baş komandan Nurulla bəyə cəza vermək üçün onun Tiflisdə xidmət edən oğlu, general-mayor Ağacan bəyi öldürtdürür. Onun cənazəsi böyük xərc və çətinliklər hesabına doğma kəndi olan Cəngəmirana gətirilir. Düşmən məkrli idi. Cəza əməliyyatının izini itirmək üçün generalın anası Xədicə xanıma ayda 3 min manat təqaüd ayrılır.

Beləliklə, general 37 yaşında faciəli sürətdə öldürüldü. Ağacan bəyin atasının ürəyinə dağ çəkilsə də, bir bununla təsəlli tapırdı ki, Ağacan bəyin kiçik qardaşı İbadulla bəy onun yolunu davam etdirir. İbadulla bəy polkovnik rütbəsinə qədər yüksəlir. Taleyin sərt üzü İbadulla bəydən də yan keçmir. Gənc polkovnik də 1852-cü ildə müəmmalı şəkildə öldürülür. Çar höküməti Nurulla bəydən bu yolla qisas almaq niyyətində idi. Böyük bir mahalın hakimi olan Nurulla bəyin də ömrünün 70-ci baharında çar çinovnikləri tərəfindən boğularaq öldürülür.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90