image-rt-reklam
image-1backend

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Avtobuslarda gedişhaqqı ARTIRILACAQ

image-728x90

“Bizə daxil olan məlumata görə, ilin sonunadək Sumqayıt şəhəri 100 CNG (sıxılmış təbii qaz) və elektriklə işləyən nəqliyyat vasitələri ilə təmin olunacaq və yanvardan kart sistemi tətbiq olunacaq”.

Ulusal.az  xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib.

O bildirib ki, yanvardan Sumqayıt şəhərində gedişhaqqı 60 qəpik olacaq:

“Hazırda Sumqayıtda gedişhaqqı 50 qəpikdir. Yeni avtobuslar gəldikdə və kart sistemi qurulduqda sərnişinlərin kartından gedişhaqqı üçün avtomatik olaraq 60 qəpik çıxacaq”.

Xatırladaq ki, oktyabrın 1-dən ictimai nəqliyyatda gedişhaqqı 50 qəpikdən 60 qəpiyə artırılıb. Bu artım müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslara aiddir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90