image-rt-reklam
image-1backend

“Tanınmış aparıcıya 6 min manat borc verdim, “blok”a atdı”

image-728x90

Müğənni Nüşabə Musayeva açıqlaması diqqət çəkib

O, tanınmış aparıcı ilə münasibətlərinin korlanmasından danışıb.

Sənətçi pul məsələsinə görə onunla düşmən olub:

“Hazırda şou-biznesdə 3 nəfər var ki, danışmırıq. Daha doğrusu, onlar mənimlə danışmır. Pis günlərində əllərindən tutmuşam. Borc – borcdur onu qaytarmalısan. Desən ki, mənə kömək et, imkan daxilində edərəm. Qaytaracağı vaxtdan da bir ay keçmişdi. Pulumu istədim, pis oldum. Məni “bloka”a atdı. Ona görə heç kəsə borc vermirəm. Qadın aparıcıdır, adını çəkməyəcəyəm. Qızına görə demirəm. Sürücümü göndərdim ki, sonuncu gündür, məbləği götürsün. Pulu minnətlə çırpıb onun üstünə. Hər yerdə mənim adıma yalanlar danışır.

Biri də var idi, deyir sənin o pula ehtiyacın yoxdur ki… Məndə heç kəsin borcu qalmaz. Əziyyətlə qazanıram”./Milli.az/

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90