image-rt-reklam
image-resizebackend

“İrəvanda gəzintiyə çıxdıq, münasibət normal idi” – Kəmalə Məmmədova Ermənistana səfərdən danışdı

image-728x90

“İrəvanda gəzintiyə çıxdıq, münasibət tam normal idi”.

Bunu “Yeni Sabah”a açıqlamasında 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistanın paytaxtı İrəvana səfəri və orada keçirdikləri görüşlər barədə danışarkən deyib.

O, səfəri müsbət qiymətləndirib:

“Səfər yaxşı təşkil olunmuşdu, təhlükəsizlik yüksək səviyyədə idi. Təşəbbüs hər iki ölkənin ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və rəsmi strukturların dəstəyi ilə həyata keçirilib və davamlı olacaq”.

K.Məmmadova görüşdə müzakirə olunan məsələlərə də toxunub:

“Səfər çərçivəsində biz həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdük. Görüşdə hər iki cəmiyyəti narahat edən məsələlər, etimadın möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün əldə olunmasına yönəlmiş addımlar müzakirə olundu”.

Azərbaycan nümayəndə heyəti İrəvanda gəzintiyə də çıxıb və müsbət münasibətin şahidi olub:

“Küçəyə, şəhərdə gəzintiyə belə çıxdıq, həmçinin mədəni proqram da nəzərdə tutulmuşdu. Münasibət tam normal idi”.

Qeyd edək ki,oktyabrın 21-22-də Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə ikitərəfli dəyirmi masa təşkil olunub. Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova yer alıblar.

Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90