Son illər Azərbaycana gələn ərəb turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusilə Quba, Qusar, Qəbələ kimi dağlıq və turistik bölgələrdə daha çox diqqət çəkirlər. Lakin bəzi ərəb turistlərin davranışları birmənalı qarşılanmır.
Avtosfer.az xəbər verir ki, Qubada bir qrup ərəb turist icarəyə götürdükləri “Toyota” markalı avtomobillərlə təhlükəli və məsuliyyətsiz hərəkətlər ediblər. Onlar çaylardan keçərək yüksək dağlıq ərazilərdə avtomobillərlə şou göstəriblər. Bu zaman nəqliyyat vasitələrinə ciddi zərər dəyib.
Hadisə zamanı renta-car şirkətlərinə məxsus avtomobillərin alt hissəsi ciddi zədələnib. Daha da təəccüblüsü odur ki, turistlər bu görüntüləri sosial şəbəkələrdə paylaşaraq “əyləncə” kimi təqdim ediblər.