Qüdsdə yəhudi millətçilər erməni restoranına hücum edib.
Bu barədə Qüds Erməni Patriarxlığı məlumat yayıb.
Bildirilib ki, ortodokslar Ağlama Divarına doğru əsas yoldan gedə bilmədikləri üçün erməni restoranının yerləşdiyi əraziyə keçiblər. Burada isə erməniləri görərək, təhqirlər səsləndiriblər. Onlar “Ermənilərə ölüm”, “Ərəblərə ölüm” şüarları səsləndiriblər. Daha sonra bir-birinə restorandakı stulları atıblar və əlbəyaxa dava olub.
İnsident zamanı xəsarət alan olmayıb.