İşğaldan azad edilmiş ərazilərdə aparılan axtarış işləri nəticəsində 161 min mina aşkarlanıb:
Ulusal.az xəbər verir ki, bunu ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov “Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.
O qeyd edib ki, indiyə kimi təxminən 168 min hektar sahə minalardan təmizlənib.
Ramil Əzizovun sözlərinə görə, tapılan minalardan 25 mini piyadalar əleyhinə partlayıcı vasitələrdir.
O, 1991-ci ildən indiyə qədər 3400-dən çox insanın mina qurbanı olduğunu xatırladıb.
R.Əzizov deyib ki, təxminlərə görə, işğaldan azad edilmiş ərazilərdə 1.5 milyon mina basdırılıb.