image-rt-reklam
image-1backend

Qalmaqal: Ukrayna Macarıstanı ittiham etdi

image-728x90

Ulusal.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiga Macarıstanın xarici işlər naziri Peter Siyyarto tərəfindən “Drujba” neft kəmərinə hücumda Ukraynanın ittiham olunmasına sərt reaksiya verib.

Sibiga X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb:
“Peter, bu müharibəni başlayan və onu bitirməkdən imtina edən Rusiya olub, Ukrayna deyil.”

Ukrayna XİN rəhbəri vurğulayıb ki, illərdir Macarıstanda Moskvanın etibarsız tərəfdaş olduğu söylənilsə də, Budapeşt bu müharibənin başlanmasına baxmayaraq Rusiyadan asılılığını qorumaq üçün bütün səyləri göstərib.

Sibiga əlavə edib:
“İndi siz şikayətlər və təhdidlər üçün dostlarınıza Moskvaya müraciət edə bilərsiniz.”

Xatırladaq ki, 18 avqust səhər Siyyarto Ukraynanı Macarıstana neft tədarükünü təmin edən “Drujba” kəmərinə növbəti hücumda ittiham etmiş və bu hücumun ölkəyə neft tədarükünün dayandırılmasına səbəb olduğunu bildirmişdi. O, həmçinin ukraynalı siyasətçilərə xatırladıb ki, Macarıstandan gələn elektrik enerjisi Ukraynanın enerji təminatında mühüm rol oynayır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90