image-rt-reklam
image-1backend

Putinə ultimatum, Zelenskiyə hədə ünvanlasa… – “The Hill”in seçkidən sonraya PROQNOZU

image-728x90

Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə onun hərəkətləri nələrdən ibarət olacaq? Hansı addımları atacaq?

Publika.az xəbər verir ki, “The Hill”də bununla bağlı fərziyyələr irəli sürülən məqalə dərc edilib.

Müəlliflər hesab edirlər ki, Tramp qalib gəlsə, o, Rusiya və Ukraynaya ultimatum verməklə sülhə nail ola biləcək.

“O, ABŞ-ın dəstəyini azaltmaqla hədələyərək, Vladimir Zelenskini danışıqlara razı sala bilər. Eyni zamanda o, Vladimir Putinə bunun əksini – Moskva dialoqdan imtina edərsə, Kiyevə yardımı artıracağını vəd edə bilər”, – “The Hill” hesab edir.

Materialda həmçinin deyilir ki, Tramp Rusiyanı “sərt iqtisadi müharibə” ilə hədələyə bilər.

Qeyd edək ki, ABŞ-ın 47-ci prezidenti üçün seçkilər noyabrın 5-də keçiriləcək. Keçmiş prezident Trampın rəqibi hazırkı vitse-prezident Kamala Harrisdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90