Parlament seçkilərində səs vermək istəyənlər ölkə ərazisində bunu yerinə yetirməlidirlər.
Bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
O bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1200-dən çoxu imza vərəqəsi alıb, təqribən 660 nəfər isə imza vərəqələrini qaytarıb. İndiyədək qeydə alınan namizədlərin sayı 390 nəfərə çatır.