image-rt-reklam
image-2backend

Məhkəmə sabiq icra başçısı ilə tutulan şöbə müdirinin müraciətini təmin edib

image-728x90

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi əməliyyatı zamanı Neftçalanın sabiq icra başçısıyla birgə həbs edilən İH-in ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov məhkəməyə müraciət edib.

Ulusal.az xəbər verir ki, o, müraciətində cəza çəkdiyi ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini xahiş edib.

Məhkəmə onun müraciətini təmin edib və o, məntəqə tipli cəzaçəkmə müəssisinə köçürüləcək.

Qeyd edək ki, Anar Cəfərov 2020-ci ildə DTX-nin Xidmətinin Neftçala rayon İcra Hakimiyyətində keçirilən əməliyyatı zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum edilib.

Şirvan Apellyasiya Məhkəməsində onun cəzası 7 ilə endirilib. Ali Məhkəmədə isə Anar Cəfərovun cəzası azaldılaraq üzərində qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90