Fransa prezidenti Emmanuel Makron Birləşmiş Krallığın Vudstok şəhərində təşkil olunan Avropa Siyasi İcmasının Zirvə toplantısı çərçivəsində keçirdiyi mətbuat konfransında Azərbaycan jurnalistlərinin sualları qarşısında aciz duruma düşüb. 

Ulusal.az xəbər verir ki, ARB 24 kanalının əməkdaşı Çinarə Nurməmmədovanın “Fransa niyə Ermənistanı hücum silahları ilə təmin edir” sualına Makron yenə də obyektivlikdən uzaq cavab verib. Belə ki, o Azərbaycanı guya Ermənistana hücum etməkdə ittiham etməyə çalışıb.

Cavabında özünü ifşa edən Makrona növbəti sual REAL TV-nin xüsusi müxbiri Kamran Qasımovdan gəlib. Bu sual ona ikinci sərt şapalaq təsiri bağışlayıb. Əslində K.Qasımovun ona verdiyi sual həm də Makrona verilən cavab olub.