image-rt-reklam
image-1backend

İsveçdə hər 10 uşaq bağçasından biri bağlanır

image-728x90

Doğuş səviyyəsinin aşağı olması yaxın üç ildə 1000-ə yaxın uşaq bağçasının bağlanmasına səbəb ola bilər ki, bu da ümumi sayın onda birini təşkil edir.

Ulusal.az-ın məlumatına görə , bu barədə “İsveç İcmaları və Regionları” (SKR) regional assosiasiyasının proqnozuna istinadən SVT telekanalı məlumat yayıb.

“Bu o deməkdir ki, beş-altı ildən sonra bizim daha az məktəbə ehtiyacımız olacaq” dedi SKR-nin baş iqtisadçısı Annika Wallenskog.

Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2024-cü ilin birinci yarısında İsveçdə doğum nisbəti kəskin şəkildə azalıb. Yalnız 50,500 uşaq doğulub ki, bu da 2000-ci illərdə ən aşağı göstəricidir.

“Statistika bürosunun hesablamalarına görə, 2027-ci ildə 130 min uşaq doğulmalı idi, amma biz görürük ki, 95 min uşaq dünyaya gələcək. Bu, böyük bir azalmadır”, – Wallenskog qeyd edib.

İsveçdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayının 12% azalacağı gözlənilir. 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90