image-rt-reklam
image-ehud-olmert-ap-2082513backend

İsrailin sabiq baş naziri: Vətəndaş müharibəsinə doğru gedirik

image-728x90

İsrailin sabiq baş naziri Ehud Olmert ölkə daxilində kütləvi etirazlara səbəb olan məhkəmə qaydasının parlament tərəfindən təsdiqlənməsindən sonra “Biz vətəndaş müharibəsinə doğru gedirik” deyə bildirib.

Publika.az xəbər verir ki, Olmert, Baş nazir Binyamin Netanyahu hökumətinin parlamentdən keçdiyi mübahisəli məhkəmə tənzimləməsi ilə bağlı Britaniyanın “Channel 4” kanalına açıqlama verib. İsraildə Ali Məhkəmənin icra hakimiyyəti üzərində nəzarəti ləğv edəcək qanuna qarşı yanvar ayından bəri davam edən etirazlara verdiyi dəstəyi ilə tanınan Olmert, “bu, hər zamankındən daha ciddi təhlükədir. Biz vətəndaş müharibəsinə doğru gedirik”,- deyə bildirib.

Ölkənin sabitliyinə və hökumətin idarəetmə qabiliyyətini itirmə ehtimalına baxmayaraq, “vətəndaş itaətsizliyi” ifadəsini işlədən Olmert bu sözləri deyib: “Hökumət İsrail demokratiyasının əsaslarını təhdid etmək qərarına gəldi və bu, bizim nə qəbul edə, nə də dözə bilməyəcəyimiz bir şeydir”.

Baş nazir Benyamin Netanyahu martın 27-də ölkə daxilində kütləvi etirazların və tətillərin artmasına səbəb olan məhkəmə tənzimləməsini təxirə saldığını, lakin 2023-2024-cü illər büdcəsinin mayın sonunda Parlament tərəfindən qəbul edilməsindən sonra məhkəmə tənzimləməsini yenidən gündəmə gətirəcəklərini açıqlamışdı.

Müxalifətlə danışıqlar dalana dirəndikdən sonra hökumət bu yaxınlarda məhkəmə tənzimlənməsi üçün düyməni yenidən basdı. Mübahisəli məhkəmə tənzimləməsi çərçivəsində Ali Məhkəmənin hökumət üzərindəki nəzarətini aradan qaldıracaq qanun layihəsi siyasi və ictimai müxalifətin bütün reaksiyalarına baxmayaraq qəbul edilib.

İsraildə 10 mindən çox ehtiyatda olan əsgər hökumətin məhkəmə nizamnaməsinə etiraz etmək üçün “könüllü ordu” vəzifəsini tərk edəcəklərini açıqlayıb. İsraildə siyasət, ordu, təhlükəsizlik, iqtisadiyyat və məhkəmə sistemlərində yüksək vəzifələrdə olan adlar hökumətin məhkəmə tənzimləmələrinə qarşı olduqlarını bəyan ediblər. Netanyahu hökumətinin məhkəmə tənzimləməsinə qarşı etirazlar 7 aydır ki, davam edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90