image-rt-reklam
image-1backend

İsrail “Hizbullah”la anlaşır – HƏMAS-dan reaksiya gəldi

image-728x90

HƏMAS Livanın şiə “Hizbullah” hərəkatı ilə İsrail arasında atəşkəsi dəstəkləyəcək.

Bunu HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan bildirib.

“Hizbullah” xalqımızı dəstəklədiyi və böyük fədakarlıqlar göstərdiyi üçün Livanda atəşkəs elan edilməsini alqışlayırıq”, – Həmdan Əl-Mayadeen deyib.

O qeyd edib ki, HƏMAS və “Hizbullah” “bir-birinə güvənir və hərəkətlərini hər detalda əlaqələndirirlər”.

Bundan əvvəl “The Times of Israel” İsrail nazirlərinin “Hizbullah”la atəşkəs razılaşmasını təsdiqləməyi planlaşdırdıqlarını yazıb.

EFE-nin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu “bəzi qeyd-şərtlərlə” ABŞ-ın təklif etdiyi razılaşmanı qəbul edib. Netanyahunun şərtlərinə, xüsusən, “Hizbullah”ın atəşkəs şərtlərini pozduğu halda İsrailə “fəaliyyət azadlığı”nın verilməsi tələbi daxildir.

Livan rəsmisi CNN-ə deyib ki, atəşkəsin “24 saat ərzində” elan ediləcəyi gözlənilir.

Bu arada razılaşmanın bağlanmağa yaxın olduğu xəbərləri İsraildə müxtəlif reaksiyalara səbəb olub. Beləliklə, İsrail Müdafiə Qüvvələri atəşkəs rejimini dəstəkləyir. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir daha əvvəl “Hizbullah”la barışıq əldə etməməyə çağırıb.

İsrailin Livanla sərhəddə yerləşən bir sıra şəhər və qəsəbələrinin merləri bu razılaşmanı “təslim olma razılaşması” adlandırıblar. Onların fikrincə, bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumuna bənzər hücuma səbəb ola bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90