image-rt-reklam
image-1backend

İsrail: 12500 hədəf, 2500 “rütbəli” məhv edildi

image-728x90

İsrail Livanda həyata keçirdiyi “Şimal oxları” əməliyyatının nəticələrini açıqlayıb.

Ulusal.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

Məlumata görə, əməliyyatlar nəticəsində Hizbullahın 12500 hədəfi məhv edilib ki, onun da 1600-dən çoxu komanda məntəqəsi, 1000-dən çoxu isə sursat anbarıdır:

“Beyrutda 360, Bekaa vadisində isə 1000-ə yaxın hədəf vurulub. Hərbi Hava Qüvvələri 11 000 döyüş uçuşu həyata keçirib. Baş katib Həsən Nəsrullah və təşkilat rəhbərliyinin daha 13 üzvü məhv edilib. Hizbullahın yüksək və orta səviyyəli komanda heyətinin ən azı 2500 üzvü öldürülüb”.

Əməliyyat nəticəsində 155 min texnika, raket, sursat, rabitə qurğuları və digər sistemlərin ələ keçirildiyi qeyd olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90