image-2000x150
image-irevan1657103982backend

İrəvan “təcrübə dovşanı”na çevrilib – Köçəryan

image-728x90

Ermənistanla Rusiya arasında müttəfiqlik ancaq kağız üzərində mövcuddur. Reallıqda İrəvan bir müttəfiqi ilə digərini regiondan qovmağa çalışır. Moskva bunu çox yaxşı görür və müttəfiqinin bu davranışından qəzəblənir. Digər tərəfdən, Kremlin öz maraqları var, əks halda bir dəqiqə belə düşünməz və belə bir “müttəfiqi” tərk edərdi. Bu maraqlara Rusiyanın regionda mövcudluğu, ilk növbədə, hərbi mövcudluğu daxildir.

Ulusal.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin keçmiş müavini Şavarş Köçəryan deyib.

“Hazırda Rusiya üçün Qarabağda rus sülhməramlıları şəklində mövcudluğunu saxlamaq vacibdir. Lakin Qarabağ erməniləri oranı tərk etdikdə mandat mənasız olur. Moskva Qarabağın statusunun qeyri-müəyyənliyini bəyan edəndə, bu, heç də ona görə deyil ki, onlara müstəqillik arzulayır, əksinə, öz mövcudluğunu saxlamağa çalışır. Bu mövcudluq üçün Qarabağda ermənilər olmalıdır. Ermənistanda hakimiyyət əvvəlcə ölkənin xarici siyasətini dəyişdirməyi qarşısına məqsəd qoydu. Qarabağ münaqişəsi və Rusiyanın hərbi mövcudluğu bu kursun dəyişməsinə maneə rolunu oynayırdı. Ona görə də hakim komanda üçün ilk addım Qarabağ yükündən xilas olmaq, bu məqsədə çatmağın ən etibarlı yolu isə planlı müharibə və planlı məğlubiyyət idi. Kreml maraqlarına əsaslanaraq, Qarabağın tam ələ keçirilməsinin qarşısını aldı. Rusiya başa düşür ki, Qarabağın Bakıya təslim olmasının ardınca bölgədəki hərbi mövcudluq imkanlarını itirəcək”, – o bildirib.

Köçəryan qeyd edib ki, İrəvanda baş verən proseslər xarici qüvvələrin “əməyinin” nəticəsidir:

“Ermənistan totalitar təfəkkürlü radikal liberalların sınaq meydanına çevrilib. Bu qüvvələr ölkələrin öz kollektiv kimliyindən: dini, milli, cinsi, tarixi və s. dən azad edilməsinə nail olmağa çalışır. Bu gün biz bütün bu proseslərin şahidiyik. İrəvan sadəcə olaraq “təcrübə dovşanı”na çevrilib, reallıqda bu qüvvələr bütün dünyanı belə görür”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90