Fələstinin İslamçı HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə xarici ölkədən atılan raketlə öldürülüb.
Ulusal.az xəbər verir ki, qətlin yeni təfərrüatlarını “Al Mayadeen” özəl mənbələrə istinadən bildirir.
Nəşrin məlumatına görə, Haniyənin iqamətgahı xarici ölkədən raket hücumuna məruz qalıb. Bundan əlavə, mənbələr bildiriblər ki, HƏMAS siyasi büro rəhbərinin öldürülməsi “İrana qarşı təcavüz deməkdir və qəti cavab tələb edir”.
Xatırladaq ki, İsmayıl Haniyə və onun mühafizəçilərindən biri çərşənbə günü, iyulun 31-də Tehrandakı iqamətgahına hücumdan sonra dünyasını dəyişib .
İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi deyib ki, fələstinlilərin HƏMAS siyasi büro rəhbərinin qətlinin “təqsirkarlarını cəzalandırmaq” hüququ var.