image-rt-reklam
image-2backend

“Gilavar”da dava – 5 nəfər saxlanıldı

image-728x90

Avqustun 4-nə keçən gecə Bakı şəhər Nərimanov rayonu Ə.Dəmirçizadə küçəsində yerləşən “Gilavar” restoranında dava-dalaş olub.

Ulusal.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, restoranda istirahət edən 5 nəfər sərxoş vəziyyətdə uca səslə danışmağa, bir-birilərinə qarşı təhqiramiz ifadələr işlətməyə başlayıblar.

Restoran əməkdaşları tərəfindən polisə müraciət edildikdən sonra hadisə yerinə 18-ci Polis Bölməsinin əməkdaşları gəlib. Polisin qanuni tələbinə qarşı çıxan şəxslərdən biri aqressiv davranışlarını daha sonra da davam etdirib. Bundan sonra həmin şəxslərin hamısı saxlanılaraq polis bölməsinə aparılıb. Həkim tap

Onlardan ikisi – 1982-ci il təvəllüdlü Kamran Babayev və Elşən Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri əsasında protokol tərtib edilib. Daha sonra onlar məhkəməyə göndərilib. Digər 3 nəfər isə izahatları alınaraq sərbəst buraxılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elşənə 20 sutka inzibati həbs cəzası verilib. Kamran isə 50 manat cərimə edilərək sərbəst buraxılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90