2-Cİ MƏQALƏ
Tarix bütün zamanların hakimidir. Onu geri qaytarmaq, yenidən yaratmaq heç bir fatehin gücündə deyil. Zamanın qılıncı belə tarix adlı həqiqəti kəsərdən sala bilmir. Ola bilsin üzərinə kölgə salsın, ancaq gec , ya tez ildırım kimi çaxır,varlığı ilə meydangirlik edir. Ancaq bir həqiqət də var ki, tarix realistik boya, kolorit təqdimatı sevir. Belə olan halda o daha cazibədar və daha zəngin görünür. Təbii ki, bu ağır yükün altına hər kəs çiyin vermək istəsə ə alınmır. Yalnız o tədqiqatçılar, alimlər, filosfoflar uğur qazanır ki, onlar tarixi olduğu kimi tədqiq edir,ona konyuktur maraqlardan yanaşmır. Millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk dünyası” 5 cildliyinin ikinci kitabını oxuyarkən bir daha bu yəqinlik hasil olunur. Kitabın ilk bölümü “Əski türk ulusları və boyları” adlanır.Əsər niyə məhz belə başlanır?,- sualı bu yerdə xüsusi aktallıq daşıyır.Çünki
-özünü tanımadan inteqrə prosesində arxa planda qalmaq ehtimalı yüksəkdir;
– etnocoğrafiyalar müasirliyin təşəkkülündə təməl prinsipindən çıxış edir;
-geosiyasi proseslərin gərgin zolağında təşkilatlanma üçün vacib faktor rolunu oynayır və s.
Müəllifin, hazırkı Monqolustan, Çinin şimal-qərbi, Baykal gölü və Tenqri dağı ətrafıdakı coğrafiyada məskən salan hun-türk etnosunun keçdiyi yolu, Avropanın mərkəzinə qədər irəliləyən hunların aparıcı mövqeyinin konkret dəlillər əsasında təhlili yuxarıda dediklərimiz baxımından mühüm əhəmiyyət kəsb edir. Məişəti, həyat tərzi, inancları barədə müfəssəl məlumat verilən kitabda, həm də hərb sənətinin hunların əsas məşğuliyyət olduğu qeyd edilir. Bununla yanaşı tarixdə türk adını daşıyan ilk dövləti- Göy Türk imperiyası (552-745-ci illər- C. F), onun 38 hərfdən ibarət əlifbası geniş şərh olunur. Burada diqqət çəkən əsas məqamlar
-birincisi, əlifba hər hansı bir toplumun inkişaf göstəricisi sayılır;
-ikincisi, şifahi nitqin yazılı “nitqə” nüfuz etməsi tarixi yaddaş hadisəsi kimi çox önəmlidir
Bu nöqteyi- nəzərdən “Orhon – Yenisey “ abidələri dediklərimizi tamamlayır.Sağdan sola oxunan göytürk yazı sistmi ilə yazılan abidələr bu günün özündə də keçmişi gələcəyə daşıyır, gələcək milli şüra aydın mesajlar verir. Bundan başqa türk xalqlarının bir çoxunun etnogenezisində möhkəm yer tutmuş saklar, onların e.ə 7-ci əsrdə (C.F) Cənubi Qafqaza ilk gəlişi, avarlar, xəzərlər, şatuolar, oğuzlar, qıpçaqlar və s haqqında geniş bilgi müasirlər və gələcək nəsillər üçün olduqca faydalıdır. Çünki keçmişsiz gələcək həmişə qaranlıq görünür və çox zaman uğursuzluq gətirir. Kitabda 33 əski türk ulusları və boylarının hər biri haqqında əhatəli tarixi faktlar əsasında təhlil əslində, bu birliyin geniş diapazonda möhkəmlənməsi və inkişaf hədəfinə yönəlib. Müəllif, tarixlə müasirliyin uğurlu sintez formulunu yarada bilib.
Kitabın sonrakı bölümünün “Müasir türk xalqları və toplumları adlanması da tədqiqatın sistemli və ardıcılığına aydın işarədir. Müəllif burada altaylar, balkanlar, əfşarlar, harakaslar, noqaylar, türkmənlər, qaqauzlar, bir sözlə, 39 türk xalqı və toplumu haqqnda əhatəli təqdimat verir.Təbii ki, bölümdə ən çox diqqətimi “Azərbaycan türkləri” yarımbaşlığı haqqında verilən məlumatlar, tarixi faktlar oldu.
– birincisi, Azərbaycan türklərinin yaşadığı cografiya. Kitabda deyilir:“Azərbaycan Respublikası, İran İslam Respublikası, əsasən, Güney Azərbaycan bölgəsi, Türkiyə, Gürcüstan və Dağıstan respublikalarının əhatə etdiyi ərazilər Azərbaycan türklərinin tarixən məskunlaşdığı torpaqlardır.”
Buyurun, bu gün tarixi arxa plana keçirib, onu zövqlərinə uyğunlaşdırmaq istəyən haylar, dəyirmanına su tökən havadarları başınızı qaldırın tarxə dik baxın. Yoxsa, qorxursunuz? Təlaşa ehtiyac yoxdur, “ağalar”.Bizim heç kimin mal-mülkündə gözümüz yoxdur, sizin kimi başqalarına ərazi iddialarımız yoxdur. Hərçənd ki, sizlərə yer vermişik, yaşatmışıq. Bu da bizim humanizm, insanlığı dəyərləndirmə amalımızdan irəli gəlir. Ancaq onu da unutmayın ki, vələdimiz dönəndə qrşımızda heç kim dayan bilməz. 44 günlük Vətən savaşı bunun parlaq təcəssümü idi. Səbrimiz də var, gücümüz də , bunu heç vaxt yaddan çıxarmayın!…
-İkincisi, aramızda nə qədər nifaq salmaq istəsəniz də alınmayıb. Bu gün 200 milyonluq türk dünyası, o cümlədən 50 milyonluq Azərbaycan həmrəydir, bir yerdədir. Qayıdaq kitabda Azərbaycan türklərinin sayına:“Bəzi mənbələrdə, 30-35 milyon, bəzillərində 45-50 milyon göstərilir? “ Statistikada uyğunsuzluq təsadüfidir, yoxsa bilərkdən buna iqdam edilir. Şübhəsiz ki, sonuncusu. Çünki sayı azaltmaqla keçmiş üzərində boy atan möhtəşəmliyə kölgə salmaq istəyirlər. Amma müəssər olmayacaq. Çünki, bu xalq mərdanəliyi, rəşadəti, qəhrəmanlığı ilə daim zaman və tarixin fövqündə qalxıb.İstəsniz də, şanlı tarix və uğurlu gələcəyi dəyişməyi bacarmazsınız. Ondan xatircəm olun, bizləri dinləməyə məhkumsunuz. Çünki, həmişə güclü olmuşuq, bu gün həmişəkindən daha güclüyük və toparlandıqca gücümüz birə -min artır!..
Elə türk xalqları diasporlarının beynəlxalq platformalarda vahid cəbhədən çıxış etməsi, həqiqətə söykənən tarixi reallıqların müdafiəsi, ən nəhayət anti-türk meyillərə qarşı diplomatik savaş da bunun əyani nümunəsidir. Ktabda diaspor fəaliyyətinin geniş və tutarlı faktlar əsasında təhlili məhz bu baxımdan xüsusi aktuallıq kəsb edir.
Əlbəttə, ideyalar yalnız o halda gerçəyə çevrilir ki, təşkilatlanma olsun. Türk xalqları müasir tarixi dönəmdə bu missiyanı da uğuirla yerinə yetirir. Ktabın 4-cü – “Ümumtürk qurumları” bölümündə aparılan təhlillər, gətirilən misallar keçmişdən gələcəyə mesajlar da adlandırıla bilər. Beləliklə, ən yeni tarixin səhifələri yaddaşlara bu cür yazılır!..
S. HÜSEYNOV