image-rt-reklam
image-1backend

AYNA-nın növbəti OYUNU – Bu avtobuslarda qiymət artdı ya yox?

image-728x90

Bildiyimiz kimi oktyabrın 1-dən ictimai nəqliyyatda gedişhaqqı 60 qəpik olub. Qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında isə sərnişindaşıma xidmətlərinin tarifləri məsafədən asılı olaraq dəyişir.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarına əsasən yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gedişhaqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil edilir. Bu tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacağı bildirilir.

Qərardan belə başa düşülür ki, nisbətən köhnə, müasir tələblərə uyğun olmayan avtobuslarda sərnişin daşınmasında qiymət dəyikliyi nəzərdə tutulmayıb. Yəni, bu qərarın verilməsində məqsəd həm də əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına nail olmaqdır.

Amma çox təəssüf ki, təcrübədə sözlə əməl yenə də üst-üstə düşmür. Bəzi marşrut avtobusları müasir olmasalar da pulu yeni tariflərlə alırlar. Hələki belə hallar davam edir və qarşısını alan da yoxdur. Sürücülərdən kimsə qərarı bəlkə də anlamaya bilər, ancaq avtobus parkının rəhbərliyi, nazirliyin müvafiq şöbələri qərarın izahını tabeliklərindəkilərə izah etməli, qərarın icrasını təftiş etməlidirlər ki, sui-istifadə halları və ya yanlışlıq olmasın. Sərnişin etiraz bildirəndə bu artıq sürücü ilə münaqişəyə çevrilir. Elə sərnişin var ki, o da hansı avtobuslarda hansı tariflə ödəmək lazım olduğunu bilmir. Odur ki, qərar verməklə iş bitmir, hörmətli Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.

Bildiyimə görə bu qərarın icrasına məsul təşkilat Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir (AYNA). Hazırda sərnişin daşıyan bütün nəqliyyat vasitələrini videokameralarla müşahidə etmək imkanı var. Müşahidə edirlərsə, qayda pozuntusunu görməmələri mümkün deyil. Deməli AYNA rəhbəri Anar Rzayev və əməkdaşları ya qərarın mahiyyətini anlamırlar, ya da bəzi işbaz marşrut rəhbərləri ilə əlbir olub vətəndaşın cibinə girirlər.referans.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90