image-rt-reklam
image-5backend

“SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş” şirkətinin Azərbaycanda fəaliyyətinin 15 İlinə həsr olunan tədbir keçirildi -FOTOLAR

image-728x90

Oktyabrın 23-də, Fairmont Baku otelində SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş şirkətinin Azərbaycandakı fəaliyyətinin 15 illik yubileyi münasibətilə möhtəşəm bir tədbir təşkil olundu. Tədbirdə Azərbaycan və Türkiyənin tanınmış simaları, parlament üzvləri, nüfuzlu iş adamları, QHT təmsilçiləri və media nümayəndələri iştirak etdilər.

Tədbir, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Ardınca SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Serkan Kamer tədbir iştirakçılarını salamlayaraq,  şirkətin 15 illik fəaliyyəti barədə məlumat verdi. O, SBC Otomasyon Sistemləri şirkətinin Azərbaycanda həyata keçirdiyi mühüm layihələrdən, əldə etdiyi nailiyyətlərdən və ölkəyə verdiyi töhfələrdən söz açdı.

Tədbirdə, şirkətin Azərbaycandakı fəaliyyəti ilə bağlı hazırlanmış qısa film nümayiş olundu. Film iştirakçılara SBC Otomasyon Sistemləri şirkətinin Azərbaycanda həyata keçirdiyi mühüm layihələri və texnologiya sahəsindəki uğurlarını təqdim etdi.

Daha sonra SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş şirkətinin rəhbəri Mustafa Degirmençi çıxış edərək qonaqları salamladı və Azərbaycan xalqını  Zəfər Bayramı münasibətilə təbrik etdi. Mustafa Degirmençi şirkətinin Azərbaycanda əldə etdiyi uğurlarından qürur duyduğunu vurğuladı və gələcəkdə daha böyük layihələrə imza atmağı hədəflədiklərini bildirdi.

Tədbirdə millət vəkilləri, tanınmış ziyalılar və iş adamları çıxış edərək SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş şirkətinin 15 illik fəaliyyətini yüksək qiymətləndirdilər və şirkətə gələcək işlərində uğurlar arzuladılar.

Rəsmi hissənin başa çatmasından sonra tədbir bədii hissə ilə davam etdi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90