image-rt-reklam
image-1backend

Bu şəxslərin maaşından 30 manat vergi tutulacaq – VİDEO

image-728x90

  Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Artıq 2026-cı ilin yanvarın birindən etibarən fiziki şəxslərlə bağlı əməkhaqqlarına yeni vergilərin tətbiq edilməsi həyata keçiriləcək. Belə ki, təqdim olunan layihəyə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlarda 3 faiz gəlir verigsi nəzərdə tutulub.

Ulusal.az Xəzər TV-yə istinadən xəbər verir ki, əgər əməkhaqqı 2500 manatdan çoxdursa, 8000 manatdan azdırsa, o zaman bu rəqəm 10 faiz, əgər 8000 manatdan çoxdursa, o halda 14 faiz olacaq.

Millət vəkili Vüqar Bayramov bildirib ki, növbəti illərdə mərhələli şəkildə faizin miqdarı artacaq. 2027-ci ildə bu rəqəm beş faiz, 2028-ci ildə isə 7 faiz olacaq.

Deputat onu da bildirdi ki, bunu kompensasiya etmək, yəni tutulan verginin işçinin əməkhaqqına təsir edib-etməməsi şirkət rəhbərliyinin verəcəyi qərardır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90