image-rt-reklam
image-1backend

Ayaqqabılarının ipini bağlayanda infarkt keçirib – 31 yaşlı məmurun ölümünün TƏFƏRRÜATLARI

image-728x90

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı, Vətən müharibəsinin iştirakçısı Vüsal Qurbanlının ölümünün təfərrüatları məlum olub.

Ulusal.az “Yeni Sabah”a istinadən xəbər verir ki, 31 yaşlı məmurun ölümü qəfildən baş verib.

O, ayaqqabılarının ipini bağlayan zaman infarkt keçirib və yerə yıxılıb. Yanında olanlar V.Qurbanlıya yardım etməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları çağırılıb. Həkimlərin səyinə baxmayaraq V.Qurbanlının həyatını xilas etmək mümkün olmayıb.

Meyit ekspertizadan keçirilib. Onun ölümündə şübhəli məqam aşkarlanmayıb. Ekspertlərin rəyinə görə, ölüm 5 saniyə ərzində baş verib.

Mərhum Bakının Qala qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, əvvəllər Vüsalın səhhətində heç bir problem olmayıb. Həmişə idmanla məşğul olurmuş.

Xatırladaq ki, Qurbanlı Vüsal Fikrət oğlu 1994-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycandandır. Azərbaycan Kooperasiya Universitetini bitirib.

Vətən müharibəsi başlayan kimi könüllü formada ordu sıralarına qoşulub. Qubadlının və digər ərazilərin işğaldan azad olunması uğrunda döyüşüb. Müharibədə göstərdiyi igidliyə görə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

O, 2022-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinində çalışırdı.

V.Qurbanlı ailəli idi. 1 yaşında və 2 aylıq övladları var.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90