image-rt-reklam
image-1backend

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib – FOTO

image-728x90

Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi tərəfindən 2024-cü ilin hazırlıq planına uyğun olaraq təlim keçirilib.

FHN-nin mətbuat xidmətindən Ulusal.az-a bildirilib ki, təlimdə FHN-in regionda fəaliyyət göstərən yerli qurumlarının xilasediciləri iştirak edib.

Təlimin keçirilməsində məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili səviyyəsinin daha da yüksəldilməsi, xilasetmə əməliyyatlarına cəlb olunan əməkdaşların nəzəri və praktiki biliklərinin artırılması, hündürmərtəbəli binalardan, mürəkkəb relyefli ərazilərdən, habelə suda boğulma təhlükəsində olan zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsindən ibarət olub.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90