image-rt-reklam
image-1backend

Ermənistan-ABŞ şirkəti bu yola nəzarət etməyəcək – Paşinyan

image-728x90

Ermənistan-ABŞ şirkəti Zəngəzur dəhlizindən keçəcək yola nəzarət etməyəcək, onu idarə edəcək, yəni biznes idarəçiliyini həyata keçirəcək.

Ulusal.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

İran yük maşınlarının bu yoldan keçməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən o, Rusiyanın nəzarətində olan Ermənistan dəmir yolunu misal çəkib. Paşinyan xatırladıb ki, dəmir yolu çoxsaylı yaşayış məntəqələrindən və yollardan keçir və indiyədək Ermənistan, İran, Gürcüstan və ya Avropaya məxsus heç bir avtomobil bu yoldan keçməkdə problemlə üzləşməyib.

O, bunu ərazinin Ermənistanın yurisdiksiyasında olması ilə izah edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90