image-rt-reklam
image-1backend

Elan saytlarında vətəndaşlardan “beh” alan dələduz saxlanıldı – VİDEO

image-728x90

Elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan “beh” alan dələduz saxlanılıb.

Ulusal.az DİN-ə istinadən xəbər verir ki, elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərinin “beh” qismində dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı şikayətlər daxil olub. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin əməlləri törədən 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Elman saxlanılıb. Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub. E.Həsənov digər şəxslərin adına olan mobil nömrələrdən istifadə etməklə onunla əlaqə saxlayan vətəndaşlara həmin məhsulları satacağı vədi verərək müxtəlif məbləğlərdə “beh” alıb. Zərərçəkənlər göndərdikləri pulları həmin şəxsin özünə aid olmayan bank hesab kartlarına köçürüblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. E.Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90