Bu ilin birinci yarısında Çinin xaricə birbaşa qeyri-maliyyə investisiyaları illik müqayisədə 16,6 faiz artaraq 72,62 milyard dollara çatıb.
Ulusal.az xəbər verir ki, bu barədə məlumatı Çinin Ticarət Nazirliyi açıqlayıb.
Məlumata görə, Çinin ən böyük layihəsi olan “Bir Kəmər Bir Yol” boyunca yerləşən ölkələrə investisiyaların həcmi 9,2 faiz artaraq 15,46 milyard dollara çatıb.