image-rt-reklam
image-1backend

Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır

image-728x90

Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlikamili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlaradoğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir.
Ümummilli lider Heydər Əliyevin siyasikursunun layiqli davamçısı olan cənab İlham Əliyev həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, ölkəmizinbeynəlxalq mövqeyini gücləndirməklə yanaşıyüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirərəklider kimi dövlətimizin inkişafı istiqamətindədə səylə çalışır. Prezident İlham Əliyevinölkəyə rəhbərlik etdiyi 2003-cü ildən buvaxtadək olan müddət sürətli inkişaf dövrüdür.Belə ki, o iqtisadiyyatınşaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığınazaldılması, təhsil və güclü sosial siyasətölkəmizin strateji xətti olaraq irəli sürdü.İlham Əliyevin prezidentlikfəaliyyətinin qeyd edilən dövrü ərzindəsadalanan bütün istiqamətlər üzrənəzərəçarpacaq nailiyyətlər əldə olundu. Bunlara 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neftsektorunun inkişaf etdirilməsi, sahibkarlığıninkişafına əlverişli şərait yaradılması, əhalininaztəminatlı hissəsinin sosial müdafiəsiningücləndirilməsi, dövlət strukturlarının işininsəmərəli, dünya standartlarına uyğun şəkildəqurulması, milli birliyin və həmrəyliyinmöhkəmləndirilməsi, Ermənistan-Azərbaycanmünaqişəsinin beynəlxalq hüquq prinsiplərinəuyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqilxarici siyasət kursunun yeridilməsi aid olabilər. Bu gün tam əminliklə deyə bilərikki,cənab İlham Əliyev Prezidentlikfəaliyyətinin ilk günündən “Əsl siyəsətkonkret,real iş görməkdən ibarətdir”,- tezisiniirəli sürərək ötən müddətdə ona bəslənilənümidləri doğruldub,cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla,xalqın maraq və mənafelərinə cavab verənçevik,qətiyyətli qərarlar qəbul edib,mühümuğurlara imza ataraq özünü ciddi siyasətçikimi təsdiqlədi. Nəticə etibari ilə məhz itifəhmi və diplomatik məharəti hesabınaqüdrətli Azərbaycan yaratdı.
Prezident İlham Əliyev yürütdüyü siyasətləhər zaman bütün gücünü Azərbaycanın ərazibütövlüyünün təmin olunmasına, xalqımızıntəhlükəsizlik və rifah içində yaşamasınayönəldib.Bunun nəticəsidir ki,cənabliderimizin parlak qələbəyə aparan sistemlistrategiyası altında Azərbaycan SilahlıQüvvələri qısa müddətdə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğuordusunu darmadağın etdi.Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməzordu” mifi 44 gün ərzində bütün dünyanıngözü qarşısında fiaskoya uğradı,“Dəmiryumruq” əməliyyatı Azərbaycanın ŞanlıQələbəsi ilə başa çatdı.44 gün ərzində ölkəbaşçımız gecə-gündüz demədən həm şanlıAzərbaycan Ordusuna Ali Baş Komandanlıq etdi, həm danışıqlar masasında qətiyyətli və prinsipial mövqe ortaya qoydu, həm də informasiya savaşına məhz özü rəhbərlik etdi. Prezident İlham Əliyevin xalqa hər müraciəti Azərbaycan xalqı tərəfindən həyəcanlagözlənilirdi. Hər qarış torpağın azad olunmasıbizim üçün dünyalar dəyərində idi.Analar öz övladlarını “Vətən sağ olsun!” deyərək, cəbhəyə yola salırdı. Çünki Azərbaycanqadını məğrurdur, Azərbaycan qadını Xocalı soyqırımının ağrı-acısını hələ də unutmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi altında qeyrətli Azərbaycanoğulları Xocalı cəlladlarından da qisasımızı aldı.Biz artıq əzilmiş deyil, məğrur xalqolduğumuzu bütün dünyaya sübut etməyibacardıq.Dövlət başçısı demişdir: “Həyatgöstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir “dəmiryumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim“dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “dəmiryumruq” düşmənin belini qırdı, düşməninbaşını əzdi. Bu gün biz qəhrəman xalq kimibu bayramı qeyd edirik. Bundan sonraAzərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”

Nəsimi rayon sakini, Vətən müharibəsi qazisi
Mehman İbrahimov

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90