image-rt-reklam
image-2backend

Cavanşir Feyziyev – gələcək uğurun bünövrəsini ilk addımı ilə qoya bilən insan…

image-728x90

Gözəl danışıq qabiliyyəti var, istedadlı və bacarıqlıdır. Ciddi, dözümlü, xoşməramlı və dəqiq seçim bacarığı olan insandır. Ətraf mühiti sevir, elə ona görə də ətraf mühitdəkilər də onu sevirlər.

Uğurludur, demək olar ki, hər işdə həmişə bəxti gətirir. Sevdiyi insanlara çox bağlıdir. Səbirlidir, özündən tez çıxmır. Ürəyi yumşaqdır, əl tutmağı, xeyirxahlığı bacarır. Səiqə-səhmana xüsusi önəm verir. Yüksək intuisiyası var, həssas adamdır. İntuitiv olaraq təhlükəni öncədən hiss edə bilir…

Deyir ki- “Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın elan olunduğu ilk günlərdən ölkə daxilində pandemiyaya qarşı tədbirlər görülməyə başladı. Əhalinin ətraflı məlumatlandırılması, səhiyyə müəssisələrinin pandemiya şəraitinə uyğunlaşdırılması, müalicə-profilaktika işlərini lazımi səviyyədə təşkil olunması üçün tədbirlərin görülməsi Azərbaycan dövləti tərəfindən atılan ilk addımlar idi. Lakin həmin vaxt Azərbaycanın həm də Qoşulmama Hərəkatına və Türk Şurasına sədrlik etməsi dövlətimizin üzərinə daha böyük məsuliyyət qoyurdu. Azərbaycan Prezidenti İlham Əliyev təkcə ölkə daxilində deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində pandemiyaya qarşı mübarizənin təşkil olunmasında mühüm rol oynadı. Görülən tədbirlərin, irəli sürülən təşəbbüslərin Dünya Səhiyyə Təşkilatı ilə birlikdə həyata keçirilməsi bu tədbirlərin təsirini daha da artırdı və pandemiyaya qarşı qlobal mübarizədə Azərbaycan az itki ilə qalib gəldi…”
1963-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində dünyaya gəlib. 1970-1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977-1980-ci illərdə Turan qəsəbəsi riyaziyyat təmayüllü internat məktəbdə orta təhsilə yiyələnib. 1983-1985-ci illərdə həqiqi hərbi xidmət keçib. 1986-1991-ci illərdə indiki Dillər Universitetinin tərcümə fakültəsində ali təhsil alıb və oranı Fərqlənmə Diplomu ilə bitirib. 1992-1994-cü illərdə həmin universitetin tərcümə kafedrasının müəllimi vəzifəsində işləyib. 1994-1995-ci illərdə Belçkanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışıb. 1995-1998-ci illərdə ABŞ-ın Filip Morris şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləyib. 1998-2002-ci illərdə “Planet Co. Ltd” şirkətinin təsisçisi və direktoru olub. 2002-2010 “AvroMed” şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2004-2009-cu illərdə AMEA Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun dissertantı kimi təhsilini davam etdirib. 2009-cu ilin oktyabr ayında “Etno-siyasi münaqişələrin mənəvi aspektləri” mövzusvunda dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2011-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantıdır. 60-dan çox elmi və 300-dən artıq ictimai-siyasi, tarixi-fəlsəfi mövzularda yazılan məqalənin müəllifidir. Dördüncü çağırışdır ki, Milli Məclisin deputatıdır…
“Ön cəbhədə, eləcə də diplomatik cəbhədə və o cümlədən informasiya cəbhəsində, arxa cəbhədə aparılan ahəngdar fəaliyyətlərin cəmi sonda qələbəmizi şərtləndirdi. Prezident İlham Əliyev bu cəbhənin bütün istiqamətlərində böyük məharət göstərdi və işğal altında olan torpaqlarımız geriyə alındı. Dövlətimizin başçısı Ali Baş Komandan kimi hərbi əməliyyatların planlaşdırılmasına və həyata keçirilməsinə şəxsən özü rəhbərlik edirdi. Qısa müddətdə torpaqlarımız düşmən işğalından azad olundu. Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin liderləri ilə danışıqları şəxsən özü aparır və Azərbaycanın haqlı mövqeyinin qəbul edilməsinə, nəticə etibarilə aparılan hərbi əməliyyatlara dünya birliyində təmkinli münasibətin formalaşdırılmasına nail oldu. Bütün bunlarla yanaşı, dövlətimizin başçısı hər gün dünyanın aparıcı media orqanlarına müsahibələr verməyə də vaxt tapdı və beynəlxalq miqyasda düşmənlərimizin ölkəmizə qarşı formalaşdırmağa çalışdığı qərəzli informasiya mühitini darmadağın etdi. Arxa cəbhədə də iqtisadi, sosial məsələlərin həlli diqqətdən kənarda qalmır, planlaşdırılmış bütün iqtisadi-sosial layihələr həyata keçirilməkdə davam edir. Bütün bu fəaliyyətlərin eyni vaxtda idarə edilməsi böyük işgüzarlıq və təşkilatçılıq səriştəsi, yenilməz sərkərdəlik qabiliyyəti və qeyri-adi diplomatik məharət tələb edir. Bu müstəsna qabiliyyətlərə malik olan Prezident İlham Əliyev bu gün Azərbaycanın heç vaxt unudulmayacaq yeni tarixini yazır. Mən dövlətimizlə və prezidentimizlə fəxr edirəm.”- söyləyir.
Olduğu kimi görünən, göründüyü kimi olan adamlardandır. Heç vaxt ona ünvanlanan sualları cavabsız qoymur. İctimaiyyətə açıq insandır. Dürüst və obyektiv fikirləri ilə tanınır. Səmimiyyətinə söz ola bilməz, dostluqda etibarlı və dəyanətlidir. Xaraktercə qürurludur, davranışında ağayanalıq var. Ətrafdakı insanların onun barədə nə düşündüyünə çox əhəmiyyət verir. İnadcıl, vicdanlı və incə zövqlüdür. Sanki zəngin bir xəzinədir. Ümumiyyətlə, o, gələcək uğurunun bünövrəsini ilk addımı ilə qoya bilir, desəm yanılmaram…
Nə isə, iyulun 12-si bu dəfəki söhbətimin qəhrəmanı, Milli Məclisin deputatı Cavanşir Feyziyevin növbəti ad günüdür. Vətənini, dövlətini canından çox istəyən Cavanşir müəllimi, bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram…

Elman Eldaroğlu

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90