image-rt-reklam
image-media-3a5827ef-0b1c-4bf8-a673-3047dd536b43-uj4chnvo2ig7e0l3fq5sbackend

Paytaxt küçələri yenidən yuyuldu

image-728x90

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, iyulun 12-də paytaxtda təmizliklə bağlı növbəti daxili iməclik keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından başlayaraq əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. Təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Paytaxtın bütün rayonlarını əhatə edən növbəti daxili iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz tövhəsini vermişdir.

image-media-f0bbb061-dde6-47ce-a776-9bbc3a5cf590-mk8qajt1yr34wso0c7z9 image-media-0d310fb5-5388-406d-bacb-eddd17228972-ztm4e1axrq98il703gfu image-media-3a5827ef-0b1c-4bf8-a673-3047dd536b43-uj4chnvo2ig7e0l3fq5s image-media-b5301f2a-a1a4-4b53-a4ae-fa24abb62ea1-zf8crmt73eq05s9kilxg-620x460

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90