image-rt-reklam
image-1backend

“Əbu-Dabi görüşü bölgədə sülh üçün atılan ugurlu bir addımdır” – Politoloq

image-728x90

İyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki ölkənin sülh gündəliyinin müzakirəsi üçün görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər.

“Bu görüşün tarixi əhəmiyyəti olduqca böyükdür. Bundan sonra belə görüşlərin keçirilməsi hər iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq. Sözsüz ki, burada əsas fikir hər iki ölkə arasında sülh müqaviləsinin basğlanmasıdır.” – bu fikirləri Ulusal.az saytına açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, Əbu-Dabi görüşü bir çox qaranlıq məqamlara aydınlıq gətirdi.

“Bu görüşdən hər iki tərəf, həm rəsmi Bakı həmdə İrəvan razı qalıb. Ermənistan Xarici İşlər Nazirliyi  Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək həyata keçirilməsi üçün ciddi əsas ola bilər. Görünən isə odur ki, tezliklə sülh müqaviləsi bağlanacaq. Bu görüşün ugurlu olmasına rəsmi Vaşinqtonun da reaksiyası birmənalı olmayıb. Regionda sülhün bərqərar olması hər iki ölkə üçün olduqca vacibdir. Bu görüşdən sonra həmçinin “Zəngəzur dəhlizi”nin açılması yolunda müəyyən addımlar atılacaq.! – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90