Türkiyənin son həftələrdə yerləşdiyi Afrika ölkəsində ABŞ-ın hökmranlığı rəsmən sona çatıb.
Bu barədə Pentaqondan açıqlama verilib.
Bildirilir ki, ABŞ Nigerdəki son bazasını bağlayıb. Keçən martda Nigerin Vaşinqtonla hərbi əməkdaşlıq sazişini pisləyərək onu qanunsuz və ədalətsiz adlandırıb, ABŞ sentyabrın 15-dək ölkəni tərk etməyi öhdəsinə götürüb.
Bu kontekstdə avqustun 5-də Niger Müdafiə Nazirliyi ilə birgə bəyanatla çıxış edən Pentaqon ABŞ qüvvələrinin ölkənin mərkəzi hissəsində yerləşən aviabazadan çıxarıldığını elan edib.
Qeyd edək ki, ABŞ və Niger arasındakı əməkdaşlıq çərçivəsində iki ölkənin ordusu birgə əməliyyatlar aparırdı. Niger və onun hava bazaları illərdir Sahel bölgəsindəki missiyalar üçün kritik mərkəz rolunu oynayır.