image-rt-reklam
image-bicaq_11backend

“Bıçaqla məni tikə-tikə doğrayacağını bildirdi” — Qardaşlar arasında qanlı dava

image-728x90

Gədəbəy rayonunda 1975-ci il təvəllüdlü Rövşən şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qardaşı Vahidə xəsarət yetirib.

Hadisə ötən ilin martın 1-də Gədəbəy rayonu Novosaratovka kəndində baş verib.

Rövşən Vahiddən borcunu istəməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş verib.

Mübahisə zamanı o, qardaşını maşa ilə qəsdən vuraraq, ona başın əzilmiş yarası ilə nəticələnən xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Rövşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Gədəbəy rayonu Novosaratovka kəndində arvadı və azyaşlı övladı ilə birlikdə yaşayır: “Zərərçəkmiş Vahid qardaşımdır. Onunla heç bir düşmənçiliyim yoxdur. Ancaq qardaşım Vahidlə aramızda mülk və pul üstündə ədavət yaranıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, martın 1-də, saat 15 radələrində yaşadığı evdə olduğu zaman Vahidin öz otağında yüksək səslə nalayiq ifadələrlə mobil telefonda kiminləsə danışmasını eşitdiyi üçün əsəbləşib: “Vahidin otağına getdim. Ona nalayiq söyüşlər söyməsinə görə irad bildirdim. Vahid bu dəfə ünvanıma nalayiq söyüşlər söydü. Lakin Vahidə əhəmiyyət vermədim. Otağın qapısını çırparaq öz otağıma getdim. Vahid bir qədər sonra otağıma gəldi, sərxoş halda ünvanıma nalayiq söyüşlər söyərək pulunu verməyimi tələb etdi. Əsəbləşdiyim üçün aramızda mübahisə oldu. Vahidin hərəkətlərindən əsəbləşdim. Masanın üzərində olan boşqabı Vahidə tərəf atdım. Boşqab Vahidə dəymədən divara çırpılaraq sındı”.

Rövşən məhkəmədə verdiyi ifadəsində qardaşını vurmadığını desə də, istintaq zamanı verdiyi etiraf edici ifadəsində qardaşını maşa ilə vurduğunu deyib.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Vahidin sözlərinə görə, Novosaratovka kəndində ata mülkü olan evdə özünə aid olan tikilidə yaşayır: “Belarus Respublikası vətəndaşı olmaqla, 1984-cü ildən həmin ölkədə yaşamışam. Əvvəllər Novosaratovka kəndində yaşamaqla orta təhsilimi Azərbaycan dilində almışam. Rusiya Federasiyasının Perm şəhərində hərbi xidmətdə olduqdan sonra Azərbaycana geri qayıtmışam. Sonralar isə yenidən Rusiya Federasiyasına, oradan isə Belarus Respublikasına getmişəm. Orada yaşamağa başlamışam. Uzun müddət Belarus Respublikasının Qomel şəhərində yaşamışam. Orada ailə quraraq həmin müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam”.

Zərərçəkmiş qeyd edib ki, 2020-ci ildə arvadı vəfat edib: “Bundan sonra qardaşım Rövşən mənə Azərbaycana qayıtmağı, burada birlikdə yaşamağı təklif etdi. Qardaşımın sözünə görə Azərbaycana gəlib, Rövşənin yaşadığı ata mülkü olan evdə yaşamışam”.

Vahid bildirib ki, 01 mart 2022-ci ildə, 15 radələrində Rövşənlə birgə yaşadığı evin ona aid olan otağında olduğu zaman Rusiya Federasiyasının Rostov şəhərində yaşayan bacısı Sədaqət ona zəng edib: “Sədaqətlə mobil telefonda Rövşənin adına sənədləşdirməli olduğumuz torpaq sahəsi haqqında danışdım. Söhbət əsnasında Sədaqətə Rövşənin məni aldatdığını, əslində torpaq olmadığını bildirdi. Sədaqətlə telefonda danışan zaman Rövşən qəfil əlində bıçaqla içəri daxil oldu. Əsəbi halda “niyə yalan danışırsan, mən torpağı verdim, ancaq sən sənədləşdirmədin” söylədim. Əlindəki bıçağı nümayiş etdirdi, həmin bıçaqla məni tikə-tikə doğrayacağını bildirdi. Rövşənin üzərinə yeriyərək “məni doğra, canım qutarsın” dedim. Aramızda mübahisə yarandı. Rövşənin arvadı bizi araladı. Mübahisə davam edərkən otağından çıxıb, Rövşənin yaşadığı otağa daxil olduq. Mübahisə etdikdən sonra otaqdan çıxıb getmək istədim. Iakin Rövşən masanın üzərindəki meyvə qablarını mənə tərəf atdı. Geri qayıtmaq üçün üzümü çevirərkən bu dəfə Rövşən maşa ilə başımdan vuraraq xəsarət yetirdi. Bundan sonra Rövşən geri çəkildi. Mən də öz otağıma getdim. Həmin gün isə polisə gedib döyülməyim barədə ərizə verdim”.

Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90