image-rt-reklam
image-interpress_2735e2043497c4bee88b9ec7faccf9e3_q3rew6iyxsajbpzk2lo0-640x336backend

ATEV sədrindən Zəfər təbriki: “Güneyli-quzeyli dünya azərbaycanlılarının bayramı mübarək olsun”      

image-728x90

Azərbaycan-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı 8 Noyabr Zəfər Günü münasibətilə xalqımızı və dünya azərbaycanlıları təbrik edib.

Ulusal.az xəbər verir ki, təbrikdə deyilir:

“Bu gün ölkəmiz, xalqımız, millətimiz və bütövlükdə dünya azərbaycanlıları üçün əlamətdar bir gündür. Bu gün Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində Qələbə qazanmasından iki il ötür.

2020-ci ilin noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə ermənilərin artıq beli qırılmış oldu. Bizim üçün və bütün Türk dünyası üçün müqəddəs olan Şuşa şəhərinin azadlığı ilə düşmən geriyə yolun olmadığını gördü və beləliklə, Azərbaycan Əsgərinin qarşısında diz çökərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bununla da 8 Noyabr Azərbaycanımızın şanlı tarixinə qızıl hərflərlə həkk edildi.

Bu Zəfər təkcə ölkəmizin daxilində yaşayan azərbaycanlıların deyil, dövlətimizin hüdudlarından və sərhədlərindən kənarda yaşayan soydaşlarımızın da bayramıdır. Bu, Müzəffər Prezidentimizin ətrafında yumruq kimi birləşən dünya azərbaycanlılarının qələbəsidir. Biz Vətən müharibəsi zamanı xalq olaraq, harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının dəstəyini və birliyini görürdük. Məhz bu dəstək hər kəsə yalnız və yalnız şövq verirdi.

Milyonlarla azərbaycanlının Prezidenti olan cənab Ali Baş Komandanın siyasi iradəsi, qətiyyətli mövqeyi bizə iki ildir ki, bu sevincli günləri yaşatmaqdadır. Hər kəsin – güneyli-quzeyli dünya azərbaycanlılarının Zəfər bayramı mübarək olsun!”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90