image-rt-reklam
image-1backend

ABŞ-ın F-35 qırıcısı Alyaska ştatında qəzaya ugradı

image-728x90

Beşinci nəsil Amerika F-35 qırıcısı Alyaskadakı Eylson Hərbi Hava Qüvvələri bazasında qəzaya uğrayıb , pilot xəsarət almayıb . Ulusal.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Anchorage Daily News xəbər verib .

Qəzetin məlumatına görə, hadisə yerli vaxtla günorta saatlarında baş verib . Hərbi təyyarə uçuş-enmə zolağına düşüb . Pilot tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb .

Qəzetin qeyd etdiyi kimi, F-35-in təxmini dəyəri təxminən 81 milyon dollardır. Baza komandanlığı “belə bir hadisənin təkrarlanma ehtimalını minimuma endirmək üçün” hərtərəfli araşdırma aparacağına söz verib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90