image-rt-reklam
image-1backend

ABŞ BMT-dən çıxmağa hazırlaşır? -Respublikaçılar radikal qanun layihəsi təqdim etdi

image-728x90

ABŞ-da Respublikaçı konqresmenlər ölkənin Birləşmiş Millətlər Təşkilatından (BMT) tam çıxması ilə bağlı qanun layihəsi təqdim ediblər.

Ulusal.az  xəbər verir ki, layihə ölkənin BMT-yə üzvlüyünün ləğvini, təşkilatın maliyyələşdirilməsinin tam dayandırılmasını və BMT-nin sülhməramlı missiyalarında iştirakın qadağan olunmasını nəzərdə tutur.

Sənədin təşəbbüskarları hesab edirlər ki, BMT ABŞ-ın milli maraqlarına uyğun fəaliyyət göstərmir və ölkə bu təşkilata üzv qalmaqla həm siyasi, həm də maliyyə baxımından ciddi itkilərlə üzləşir. Respublikaçılar vurğulayırlar ki, ABŞ-ın BMT-yə ödədiyi vəsaitlər qeyri-effektiv xərclənir və təşkilatın beynəlxalq siyasətdəki mövqeyi Amerika dəyərləri ilə ziddiyyət təşkil edir.

Bu qanun layihəsi ölkə daxilində ciddi müzakirələrə səbəb olub. Demokratlar bu addımı beynəlxalq diplomatiyaya ağır zərbə kimi qiymətləndirir və ABŞ-ın qlobal liderliyini zəiflədə biləcəyini bildirirlər. Respublikaçılar isə hesab edirlər ki, ABŞ BMT-dən ayrılmaqla öz müstəqil xarici siyasətini daha sərbəst şəkildə həyata keçirə biləcək.

Hazırda layihənin Konqresdə nə qədər dəstək qazana biləcəyi sual altındadır. ABŞ-ın BMT-dən çıxması üçün bu qanun layihəsinin həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən təsdiqlənməsi və prezident tərəfindən imzalanması tələb olunur. Bu isə ciddi siyasi mübarizəyə səbəb ola bilər.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90