image-rt-reklam
image-img-20250804-wa0032backend

“YAŞAT” Fondunun şəhid övladları üçün Londondakı yay məktəbi başa çatıb

image-728x90

“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü “YAŞAT” yay məktəbi yekunlaşıb.

14 gün davam edən “YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

Yay məktəbi “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılıb və London Universitet Kollecində (University College London – UCL) keçirilib. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak ediblər. Sonda şagirdlərə proqramın bitməsilə bağlı sertifikatlar təqdim olunub.

Sonuncu həftə “YAŞAT” yay məktəbinin iştirakçıları Azərbaycanın Britaniyadakı səfirliyini ziyarət ediblər. Ziyarət zamanı şəhid övladları səfirlik əməkdaşları ilə görüşüb, onların gündəlik fəaliyyəti və xaricdə çalışan diplomatların işi barədə məlumat alıblar. Səmimi çay süfrəsi arxasında gənclər suallar verib, öz təəssüratlarını bölüşüb və faydalı fikir mübadiləsi aparıblar.

Həmçinin Kembric şəhərinə ekskursiya təşkil olunub. Şagirdlər Kembric Universitetinin əsas kolleclərinden biri olan Kral Kollecini, Müqəddəs Məryəm Kilsəsini, şəhərin tarixi məkanlarını ziyarət ediblər.

Yay məktəbinə 3 avqust tarixində yekun vurulub və iştirakçılar Vətənə qayıdıblar.

Üçüncü “YAŞAT” yay məktəbi tədrislə yanaşı iştirakçılar üçün zəngin ekskursiyaları ilə yaddaqalan olub. Bunlardan dünyada mum heykəlləri ilə məşhurlaşan Madam Tüsso Muzeyini, “Big Ben”i , Londondakı Bukinqem sarayını, dünyanın ən məşhur meydanlarından biri Trafalqar meydanını, Hayd-parkı qeyd etmək olar.

Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.

image-img-20250804-wa0033 image-img-20250804-wa0032 image-img-20250804-wa0031 image-img-20250804-wa0030

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90