ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya və Çinin ondan qorxduğunu iddia edib.
Ulusal.az xəbər verir ki, respublikaçıların Milli Qurultaydakı çıxışı The Sunday Times tərəfindən yayımlanıb.
“Orban bunu dedi, dedi ki, Rusiya məndən qorxur”, – Tramp bildirib.
Əvvəlki çıxışında Tramp əmin etmişdi ki, seçiləcəyi təqdirdə dünyada “Co Baydenin hazırkı administrasiyası tərəfindən yaradılan” bütün beynəlxalq münaqişələrə, o cümlədən Ukrayna münaqişəsinə son qoyacaq.