Barselona klubunun qapıçısı Marc-Andre ter Stegen La Liganın komissiyası üçün zədəsi ilə bağlı sənədi imzalamaqdan imtina edib. Ulusal.az xəbər verir ki, Barcelona almaniyalı qapıçının bu davranışına görə ona qarşı intizam işi aça bilər. İdman direktoru Deco 33 yaşlı qolkiperlə bu məsələni müzakirə etmək istəyib. Amma komandanın kapitanı əvvəlcədən razılaşmayacağını bildirib. Ter Stegen`in həmin sənədi imzalamamaq hüququ var. Lakin Barselona təcrübəli qapıçıdan məsuliyyəti üzərinə götürməyi və iqtisadi problem yaratmamağı tələb edir.