Rusiya və Ukrayna arasındakı münaqişənin gərginləşməsi fonunda təchizatın pozulacağına dair narahatlıqlar artması neft qiymətləri çərşənbə axşamı yüksəlib.
Banker.az xəbər verir ki, Brent markalı neft 40 sent və ya 0,59% bahalaşaraq bir barel üçünqalxıb. ABŞ-ın WTI markalı xam nefti isə 1,05 dollar və ya 1,64% artaraq bir barel üçün 65,06 ABŞ dolları olub.
Əlavə olaraq bildirək ki, ABŞ-da Əmək Günü tətili ilə əlaqədar bazar ertəsi WTI fyuçerslərinin hesablaşması baş tutmayıb.
Ukraynanın son pilotsuz təyyarə hücumları Rusiyanın neft emalı gücünün ən azı 17%-ni və ya gündəlik 1,1 milyon barelini dayandırıb. Bu bardə bu gün Reuters məlumat yayıb.
Bazar günü Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna son həftələrdə Rusiyanın enerji obyektlərinə intensiv hücumlarından sonra Rusiyanın dərinliklərində yeni zərbələr planlaşdırır.
Müharibənin üç ildən çox davam etməsinə baxmayaraq, son həftələrdə həm Rusiya, həm də Ukrayna hava hücumlarını intensivləşdirib. Rusiya Ukraynanın enerji və nəqliyyat infrastrukturunu hədəfə alarkən, Ukrayna Rusiyanın neftayırma zavodları və boru kəmərlərinə zərbələr endirir.o473Brentin qiyməti/ Foto: İnvestAZ İ.Ş. MT4
“Rusiyada enerji infrastrukturuna davamlı risklər yüksək olaraq qalır. Ukrayna həftəsonu daha çox Rusiya neftayırma zavoduna hücum etdi və infrastruktur hədəflərinə zərbələri gücləndirdi,” – deyə “ANZ” bankının baş əmtəə strateqi Daniel Hynes çərşənbə axşamı qeyd edib.
Çinin “yeni qlobal nizam” vizionu isə geosiyasi gərginliyi daha da artıra bilər. Çin sədri Si Cinpin bazar ertəsi Rusiyanın və Hindistanın da qatıldığı sammitdə ABŞ-a birbaşa meydan oxuyaraq “Qlobal Cənub”un prioritet sayıldığı yeni təhlükəsizlik və iqtisadi düzən təklifini irəli sürüb.
Qeyd edək ki, Çin və Hindistan dünyanın ikinci ən böyük ixracatçısı olan Rusiyadan neftin ən iri alıcılarıdır. ABŞ Prezidenti Donald Tramp isə bu səbəbdən Hindistana əlavə tariflər tətbiq edib, lakin Çinə qarşı eyni addımı atmayıb.
İnvestorlar indi Sentyabrın 7-də Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv dövlətlər və tərəfdaşları arasında keçiriləcək görüşü gözləyir. Buradan istehsalın artırılması ilə bağlı yeni siqnalların gəlməsi ehtimal olunur.