image-rt-reklam
image-1backend

Roma dövrünə aid 83 tarixi sikkə Türkiyəyə qaytarıldı -FOTO

image-728x90

Xaricə qaçaqmalçılıq yolu ilə aparılan tarixi türk əşyaları türkiyəyə geri qaytarılır. Ulusal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu dəfə 2015-ci ildə ABŞ-da aşkar edilən və Roma İmperatorluğuna aid olduğu müəyyən edilən 83 ədəd bürünc sikkə uzun və mürəkkəb hüquqi prosedurdan sonra Türkiyəyə geri qaytarılıb.

Tarixi sikkələr Ankara Respublika Muzeyində təşkil olunan mərasimlə Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Gökan Yazğıya, ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Brayan Stimmler tərəfindən təqdim olunub.

Sikkələr Roma imperatorları Maksimian, I Konstantin, II Konstantin və Arkadiyaya aiddir. Bu nadir nümunələr Roma İmperiyasının mühüm zərbxanaları olan İstanbul, Kizik, Nikomediya, Antioxiya və Herakleia şəhərlərində zərb edilib. Əsərlər, Roma İmperiyasının Anadoludakı hərbi, ticarət və siyasi həyatının mühüm əks-sədası kimi qiymətləndirilir.

Bu uğurlu repatriasiya prosesi Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın Daxili Təhlükəsizlik Araşdırmaları İdarəsi (HSI) arasında qurulan səmərəli əməkdaşlığın nəticəsi kimi göstərilir.

Türkiyə rəsmiləri bu hadisəni təkcə əsərlərin qaytarılması deyil, həm də ölkənin mədəni irsinə sahib çıxmaq əzminin və beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirirlər.

Son illərdə apardığı qətiyyətli mübarizə nəticəsində Türkiyə yüzlərlə tarixi əsəri yenidən orijinal torpaqlarına qaytarmışdır. Bu son hadisə bir daha sübut edir ki, əgər bir tarixi artefakt Anadoludan çıxıbsa, Türkiyə onu gec-tez geri gətirəcək.

Bu, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan aydın bir mesajdır:
“Türkiyə öz tarixi irsinə sahib çıxır!”

image-1 image-2 image-3

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90