“Real” klubunun təyyarəsi güclü fırtına səbəbindən Nyu-Yorkda bir neçə saatlıq gecikmə ilə eniş edə bilməyib.
Ulusal.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.
Təyyarə uzun müddət havada dövrə vuraraq fırtınanın səngiməsini gözləyib. Lakin tufanın daha da şiddətlənməsi səbəbilə eniş gecikib. Bölgədəki çoxsaylı təyyarələr də gecikməyə məruz qalıb.
“Real”ın təyyarəsi Nyu-Cersi ştatındakı Nyuark hava limanına iki saatlıq gecikmə ilə eniş edə bilib. Bildirilir ki, hava şəraiti və eniş sırası səbəbilə vəziyyətə hətta FİFA da müdaxilə edib.
Xatırladaq ki, “Real” bu gün klublararası dünya çempionatının yarımfinalında PSJ ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.