image-rt-reklam
image-1backend

“Real” Alonsonun təyinatı üçün “Bayer”ə bu qədər təzminat ödəyəcək

image-728x90

“Real Madrid” ispan mütəxəssis Xabi Alonsonun mümkün təyinatına görə “Bayer Leverkuzen”ə təzminat ödəmək niyyətindədir.

Ulusal.az xarici mediaya istinadla bildirir ki, söhbət 8 milyon avro məbləğindən gedir. Bu, “Real”ın “əczaçılar”a ödəməli olacağı yekun məbləğdir.

Daha əvvəl xəbər verilmişdi ki, italiyalı mütəxəssis Karlo Ançelotti 2024/2025 mövsümünün sonunda Madrid təmsilçisinin baş məşqçi postunu tərk edə bilər. Xabi Alonsonun Bayer ilə hazırkı müqaviləsi, Ançelottinin Los Blancos ilə müqaviləsi kimi, 2025/2026 mövsümünün sonuna qədərdir. Qeyd olunur ki, Alonso da gələcəkdə kral klubuna başçılıq edəcəyini istisna etməyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90