image-rt-reklam
image-1backend

QARABAĞA “BÖYÜK QAYIDIŞ” DAVAM EDİR – Nə qədər insan doğma torpaqlarına qayıdıb?

image-728x90

Azərbaycanın xüsusi diqqət yetirdiyi məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərimizdə “Böyük Qayıdış” proqramını sürətli və effektli şəkildə həyata keçirməkdir.

Qeyd edək kİ, Prezident İham Əliyevin 16 dekabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə başlayan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi prosesi həyata keçirilir.

Hazırda ölkəmizin qarşısında duran bu mühüm vəzifənin gerçəkləşməsi üçün dövlətin bütün imkanları səfərbər edilir. 2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti-bərpa işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib ki, bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 381 milyon 790 min manat çoxdur.

Qeyd edək ki, bu dövrdə tikinti- bərpa işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Xocalıda 6,9 dəfə, Qubadlı 2.6 dəfə, Ağdamda 2.3 dəfə, Şuşada isə 52% artırılıb. Ən çox vəsait Kəlbəcər (438.5 mln. manat), Ağdam ( 308.5 mln. manat) və Laçın (242.4 mln. manat) rayonlarına ayrılıb.

Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Bu günədək ümumilikdə işğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanıb. 2022-ci il iyulun 19-dan bu günədək 4 şəhərə (Şuşa, Laçın, Füzuli və Xocalı şəhərləri) və 4 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux və Sus kəndləri) məcburi köçkün ailələrinin qayıdışı baş tutub.

Bu ilin sonunadək isə Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı və Şuşa şəhərlərinə təxminən 20 min nəfərin qayıdacağı planlaşdırılır. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, köçürülmə prosesi 27 yaşayış məntəqəsini – 20 kənd və 7 şəhəri əhatə edəcək. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə qayıdış isə 2025-ci ildə nəzərdə tutulur.

Bəs maraqlıdır, indiyə qədər “Böyük Qayıdış” layihəsi çərçivəsində Qarabağa nə qədər əhali köçürülüb?

19 iyul 2022-ci il tarixdən bu günə qədər işğaldan azad edilən ərazilərə ümumilikdə 2036 ailə (7901 nəfər) köçürülüb.

Bölgələr üzrə köç nisbəti aşağıdakı formadadır:

– Füzuli şəhəri – 822 ailə (3132 nəfər)

– Şuşa şəhəri – 147 ailə (570 nəfər)
Ətraflı

– Laçın şəhəri – 552 ailə (2031 nəfər)

– Xocalı şəhəri – 44 ailə (169 nəfər)

– Sus kəndi – 59 ailə (215 nəfər)

– Ağalı kəndi – 175 ailə (871 nəfər)

– Talış kəndi – 20 ailə (90 nəfər)

– Zabux kəndi – 217 ailə (823 nəfər)

Qeyd edək ki, şəffaflığı və ədalətliliyi təmin etmək üçün öncəliklə vətəndaşlar arasında püşkatma keçirilir, məcburi köçkünlər əvvəlcədən onların ailə tərkibinə uyğun olaraq ayrılmış mənzillərin yerləşdiyi bina və mərtəbənin yerini müəyyənləşdirilir. Püşkatmada iştirak etmiş sakinlər mərhələli şəkildə doğma yurdlarına köçürülür.

Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin yəni, 140 min nəfərin doğma torpaqlarına qayıdışı təmin olunmalıdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90