“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin sədri Rövşən Məmmədov ilə Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren arasında görüş keçirilib.
Ulusal.az xəbər verir ki, görüşdə, iki qurum arasında informasiya sahəsində əməkdaşlığın inkişafı, ortaq layihələrin reallaşdırılması və gələcək perspektivlər müzakirə edilib. Tərəflər, qarşılıqlı əlaqələrin gücləndirilməsi və bu sahədəki əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.























