“Hurriyyet TV”nin ofisində əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həyata keçirib.
Bu barədə “Yeni Sabah”a məlumatlı mənbələr bildiirb.
Əməliyyat zamanı televiziyanın rəhbəri Vüqar Məmmədovla yanaşı orada aparıcılıq edən “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli də saxlanılıb. Amma M.Rüstəmli dindirildikdən sonra gecə ilə sərbəst buraxılıb.
V.Məmmədov isə hazırda DTX-də saxlanılır.






















